Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Aktual / “Məleykənin Ramiz Məliki həbs etdirmək üçün əsası yoxdur” – vəkildən açıqlama

“Məleykənin Ramiz Məliki həbs etdirmək üçün əsası yoxdur” – vəkildən açıqlama

Bu gün Nəsimi Rayon Məhkəməsində xalq artisti Məleykə Əsədovanın həmkarı Ramiz Məlikə qarşı 200 min manatlıq təzminat iddiası üzrə məhkəmə prosesi keçirilib.

Hakim Natavan Tağıyevanın sədrliyi ilə keçirilən iclasda hər iki tərəfin iddiası təmin olunmayıb. Aktrisanın vəkili Tağı Süleymanov isə bildirib ki, bundan sonra R.Məlikin həbs olunması üçün xüsusi ittiham qaydasında müraciət edəcəklər.

R.Məlikin vəkili Türkel Süleymanlı musavat.com saytına açıqlamasında qarşı tərəfin yeni tələbinə münasibət bildirib.

O, deyib ki, cinayət işinə başlamaq üçün heç bir əsas yoxdur: “Bu gün məhkəmə oldu. Hər iki iddia təmin olunmadı. Məhkəmə iclasında da qarşı tərəf bildirirdi ki, işin nəticəsindən asılı olmayaraq R.Məlikin həbsi ilə bağlı iddia qaldıracaqlar. Düşünürəm ki, cinayət işinə başlamaq üçün heç bir əsas yoxdur. Bu, lüzumsuz təzyiq vasitəsidir”.

Qeyd edək ki, M.Əsədova həmkarından şərəf və ləyaqətini təhqirinə görə 200 min manat məbləğində təzminat tələb etmişdi. Buna səbəb Ramiz Məlikin mətbuata açıqlamasında Məleykə Əsədova haqqında nalayiq  sözlər işlətməsi idi.

Daha sonra R.Məlik də M.Əsədəovaya qarşı 300 min manatlıq mülki iddia qaldırmışdı.

Həmçinin oxuyun

Vüqar Səfərli onları bir-bir yanına aparacaq – Siyahıda kimlər var?

“Vüqar Səfərli işi” davam etdikcə daha çox şəxsin istintaqa cəlb olunacağı qaçılmazdır. Aydındır ki, KİVDF-nin …