Cümə , Noyabr 27 2020
Ana səhifə / Aktual / “MƏK-AN” MMM-dən 300 minlik dəstək

“MƏK-AN” MMM-dən 300 minlik dəstək

1999-cu ildən fəaliyyət göstərən, ölkəmizin aparıcı tikinti, memarlıq, layihələndirmə şirkətlərindən biri “MƏK-AN” MMM korporativ sosial məsuliyyət prinsiplərinə uyğun olaraq COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə həyata keçirilən preventiv tədbirlərə qoşulub.

“Qafqazinfo” xəbər verir ki, şirkət koronavirus infeksiyasının Azərbaycanda yayılmasının qarşısını almaq üçün Prezident İlham Əliyevin çağırışına qoşularaq Koronavirusla Mübarizəyə Dəstək Fonduna 300 000 manat vəsait köçürüb.

Şirkət dövlətimizin koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması və xəstəliyin ölkə iqtisadiyyatına və vətəndaşlara mənfi təsirini azaltmağa yönəlik səylərini dəstəkləyir.

Həmçinin oxuyun

“Laçın da işğaldan qurtulsun, mən artıq papağı başıma kişi kimi qoya bilərəm…”

1990-cı il Qanlı 20 Yanvar hadisəsi zamanı şəhid olan İlham Allahverdiyevin (İlham və Fərizə) qardaşı …