Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Aktual / Mədət Quliyev generala vəzifə verdi

Mədət Quliyev generala vəzifə verdi

Müdafiə Sənayesi naziri Mədət Quliyev ehtiyatda olan generalı özünə müşavir təyin edib.

Unikal.org-un əldə etdiyi məlumata görə, Mədət Quliyevin müvafiq əmri ilə, ehtiyatda olan general-mayor Mehman Baxışov  Müdafiə Sənayesi nazirinin müşaviri təyin olunub.

Xəbəri Unikal.org-a Müdafiə Sənayesi nazirliyinin mətbuat katibi Yaşar İsakov təsdiqləyib.

Qeyd edək ki, bu ilin oktyabr ayında ehtiyata buraxılan general-mayor M. Baxışov Müdafiə Nazirliyinin Müdafiə sənayesi idarəsinin rəisi vəzifəsində çalışıb.

Həmçinin oxuyun

Kəlbəcərin Zod qızıl yatağının görüntüləri

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Kəlbəcər rayonunun Söyüdlü (Zod) qızıl yatağının görüntülərini yayıb. …