Şənbə , Dekabr 3 2022
Ana səhifə / Aktual / Mədəniyyət Nazirliyinin təşkil etdiyi səfərdə jurnalistlər köməksiz qalıb (FOTO)

Mədəniyyət Nazirliyinin təşkil etdiyi səfərdə jurnalistlər köməksiz qalıb (FOTO)

facebook
twitter
whatsapp
share

QMədəniyyət Nazirliyinin təşkil etdiyi səfərdə jurnalistlər köməksiz qalıb.

Azinforum.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Milli Yaylaq Festivalını işıqlandırmaq üçün Göygöl rayonuna səfər edən 40-dan çox jurnalist yağış səbəbindən hazırda Hacikənddə köməksiz vəziyyətdə qalıb.

Jurnalistlərin olduğu avtobusla yanaşı, festivaldan çıxan qonaqların əksəriyyəti eyni durumla üzləşib. Kilometrlərlə tıxac yaranıb, yolda hərəkət tamamilə dayanıb.

Avtobusun sürücüsü yol qurumayana qədər hərəkət edə bilməyəcəyini deyir. Çünki dolanbac aşırımlı yollarda avtobus sürüşür.

Qeyd edək ki, köməksiz qalan jurnalistlərə təşkilatçılar tərəfindən heç bir yardım edilməyib. Media təmsilçiləri təşkilatçılığın bərbad olmağından şikayyət edirlər.

Həmçinin oxuyun

Heydər Əliyev Fondu Şəki Xan məscidi-qəbiristanlıq kompleksini bərpa edib

Dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva …