Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Aktual / Mədəniyyət Nazirliyində kadr DƏYİŞİKLİYİ – Vüqar Qədirov rəis təyin olundu

Mədəniyyət Nazirliyində kadr DƏYİŞİKLİYİ – Vüqar Qədirov rəis təyin olundu

Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrində yeni təyinatlar olub.

Modern.az xəbər verir ki, nazirliyin Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi Tahir Əliyev öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.

Mədəniyyət naziri Əbülfəs Qarayevin əmri ilə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyev bu vəzifədən azad edilərək Ağdaş Regional Mədəniyyət İdarəsinin rəisi təyin olunub.

Nazirin digər əmri ilə Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəis müavini Vüqar Qədirov Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi təyin olunub.

Ölkəmizdə mədəniyyət siyasətinin daha məqsədyönlü və effektiv şəkildə həyata keçirilməsi, o cümlədən regionlarda mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsi, mədəniyyət müəssisələrinin işinin yaxşılaşdırılması, regional mədəniyyət idarələrinin fəaliyyətinin dövrün tələbələrinə uyğun təşkili məqsədilə kadr islahatları davam etdiriləcək.

Həmçinin oxuyun

“Əmlak komitəsi” hansı başla işləyir? – Qoçbaşı məharəti

Azərbaycan Vətən müharibəsi aparır. Hər kəs bir yumruq kimi birləşib düşmənə ağır zərbə vurmalı olduğu …