Bazar ertəsi , Noyabr 28 2022
Ana səhifə / Aktual / Mədəniyyət Nazirliyi ilə bağlı daha bir QALMAQAL

Mədəniyyət Nazirliyi ilə bağlı daha bir QALMAQAL

Tanınmış aktyor Hikmət Rəhimovla Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov arasında qalmaqal yaşanıb.

Aktyor iştirak etdiyi “Həyat, deyəsən, gözəldir” adlı filmin Türkiyədə keçirilən nümayişinə dəvət olunmadığı üçün şöbə müdirini tənqid atəşinə tutub:

“Türkiyənin Bursa şəhərində festivalda “Həyat, deyəsən, gözəldir” filminin nümayişi oldu. Filmdə əsas personajlardan birini mən oynamışam. Amma ora mən dəvət olunmadım, oluna bilərdim. Əvəzində ora 2-3 nəfəri çıxmaq şərti ilə kinoya heç bir aidiyyəti olmayan adamları yığıb apardı. Təkrar edirəm, 2-3 nəfərdən başqa oradakıların kinoya qətiyyən aidiyyəti yoxdur. “Kruq məsələsi” bu qədər. İnanın ki, dəvət etsəydilər də, getməyəcəkdim. Sadəcə qanacaqları bu qədərdir. Haqqım çatırdımı orada olmağa? Bəli, çatırdı”.

Aktyor R.Həsənovun vəzifəsindən sui-istifadə etdiyini iddia edib:

“Sənə və sənin nazirinə hələ “xod” gedən vaxtınızda sözlərimi dedim. Sənlə üz-üzə oturub danışdıq və sənə bu cameənin hansı vəziyyətdə olduğunu dedim və vecinə almadın. Şahidin adaşın və müavinin orda idi. Sənlə son görüşümüzdə sənin bədən dilin mənə başqa şey deyirdi. Sən artıq incəsənət adamı yox, … məmuru oynayırdın mənə. Yadındadır, sənlə son görüşümüzdə səni qucaqlamaq istədim, dedin ki, xəstəyəm, üzrlü say. Sənlə 1 saat söhbətdən sonra ayrılanda qucaqlaşdıq, sual etdim “xəstəliyin keçdi”? Və sənə son olaraq bunu dedim: “Bu bizim son görüşümüzdür”.

H.Rəhimov şöbə müdirinə təhdid xarakterli ultimatum da yollayıb:

“Sənin bu cameə ilə necə məzələndiyini, nələr etdiyini bilirəm, hamısından xəbərim var. Sadəcə, sənin evində çörək yemişəm, əgər çörək bilirsənsə nə deməkdir. Bu sənin üçün Bostonda oxumaq deyil. Təki bu işlərdə başın ağrımasın, amma sən səndən əvvəlkilərə rəhmət oxutdurdun. Məmur eqon imkan vermədi sənə. Bakı balaca şəhərdir bir gün rəngli corab geyinib ansız qapını döyəcəm.

Mən sənə maddi durumum pis olanda ssenarimlə gəldim dedim qəpik-quruş ver bunu çəkim, yanında elə adamlar görürdüm ki, o adamlar 8 dəfə ölüb dirilsələr də, kinoya heç bir aidiyyətləri yoxdur.

Səndən nə mükafat, nə də fəxri ad istədim. Amma sənin gözlərində bir yolaverdi və laqeydlik vardı. Bax, o gözlərə mən zamanı gələndə yenə baxacam. Bu karmadı, bu kainatdır, bu Tanrının ədalətidir. Sona qalan qalib olur, foto adam…”.

Həmçinin oxuyun

AZƏRTAC-ın İdarə Heyətinin yeni sədri kollektivə təqdim olundu

“Qafqazinfo” xəbər verir ki, təqdimatda Hikmət Hacıyev çıxış edərək Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini …