Çərşənbə axşamı , Noyabr 29 2022
Ana səhifə / Aktual / Mədəniyyət Nazirliyi ilə bağlı daha bir qalmaqal – Aktyordan SƏRT SÖZLƏR

Mədəniyyət Nazirliyi ilə bağlı daha bir qalmaqal – Aktyordan SƏRT SÖZLƏR

“Deməli Türkiyənin Bursa şəhərində festivalda “Həyat deyəsən gözəldir”filminin nümayişi oldu. Filmdə əsas personajlardan birini mən oynamışam. Amma mən ora fotodakı adam (Rüfət Həsənov) tərəfindən dəvət olunmadım. Oluna bilərdim. Əvəzində ora 2-3 nəfəri çıxmaq şərti ilə kinoya heç bir aidiyyatı olmayan adamları yığıb apardı”.

Bunu aktyor Hikmet Rəhimov Feysbuk hesabında bildirib.
Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin rəhbəri Rüfət Həsənovu sərt tənqid edən aktyor onu istedadlı insanlara laqeyid yanaşmaqda qınayıb:
“Təkrar edirəm, 2-3 nəfərdən başqa ordakıların kinoya qətiyyən aidiyyatı yoxdur.”Kruq məsələsi” bu qədər. İnanın ki, dəvət eləsəydilər də, getməyəcəkdim. Sadəcə, qanacaqları bu qədərdir. Haqqım çatırdımı orda olmağa? Bəli, çatırdı”.
Aktyor daha sonra qeyd edib:
“Fotodakı adam, sənə və sənin nazirinə hələ “xod” gedən vaxtınızda sözlərimi dedim. Səninlə üz-üzə oturub danışdıq və sənə bu camiyənin hansı vəziyyətdə olduğunu dedim, amma vecinə almadın. Şahidin, adaşın və müavinin orda idi.Son görüşümüzdə sənin bədən dilin mənə başqa şey deyirdi. Sən artıq incəsənət adamı yox, qudurmuş məmuru oynayırdın mənə.Yadındadır səninlə son görüşümüzdə səni qucaqlamaq istədim, dedin ki, xəstəyəm, üzürlü say. Sənlə 1 saat söhbətdən sonra ayrılanda qucaqlasdın, sənə sual etdim “xəstəliyin keçdi”? Və son olaraq dedim ki, bu, bizim son görüşümüzdür.Fotodakı adam, bu camiyəylə necə məzələndiyinin, nələr elədiyinin hamısından xəbərim var. Sadəcə, sənin evində çörək yemişəm, əgər çörək bilirsənsə nə deməkdir. Bu sənin üçün Bostonda oxumaq deyil.Təki bu işlərdə başın ağrımasın, amma sən özündən əvvəlkilərə rəhmət oxutdurdun. Məmur eqon imkan vermədi sənə.Bakı balaca şəhərdir, bir gün rəngli corab geyinib ansız kapını çalacam.Mən sənə maddi durumum pis olanda ssenarimlə gəldim. Dedim, qəpik-quruş ver bunu çəkim. Yanında elə adamlar görürdüm ki, o adamlar 8 dəfə ölüb dirilsələr də, kinoya heç bir aidiyyatları yoxdur.Səndən mükafat, nə də fəxri ad istəmədim.Amma, sənin gözlərində bir yola verdi və laqeydlik vardı.Bax, o gözlərə mən zamanı gələndə yenə baxacam. Bu karmadır, bu kainatdır, bu tanrının ədalətidir.Sona qalan qalib olur, foto adam”. Bakupost.az

Həmçinin oxuyun

AZƏRTAC-ın İdarə Heyətinin yeni sədri kollektivə təqdim olundu

“Qafqazinfo” xəbər verir ki, təqdimatda Hikmət Hacıyev çıxış edərək Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini …