Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Aktual / Mədə kiçiltmə əməliyyatından sonra ölən xəstənin həkimi ittihamlara cavab verdi – FOTOLAR

Mədə kiçiltmə əməliyyatından sonra ölən xəstənin həkimi ittihamlara cavab verdi – FOTOLAR

Məlum olduğu kimi, Bakıda məcburi köçkün olan 34 yaşlı, iki uşaq atası Samir Dəmirov mədə kiçiltmə əməliyyatından sonra dünyasını dəyişib. Faktla bağlı Səbail Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb.

Mərhumun yaxınları virtualaz.org saytına açıqlama verərək iddia ediblər ki, ölümə məhz xəstəni əməliyyat edən, klinikanın həkimi Taryel Ömərovun səhvi səbəb olub.

Musavat.com-un əməkdaşı xəstənin ölümündə günahlandırılan həkim Taryel Ömərovla əlaqə saxlayaraq, məsələyə aydınlıq gətirməyə çalışıb.

Həkim açıqlama verərək, haqqında səsləndirilən ittihamları rədd edib: “Məlum olduğu kimi, proseslə bağlı artıq iş başlayıb. Öncə onu qeyd edim ki, hadisə “Modern Hospital”da baş verməyib. Pasient əməliyyat olunub və sağlam şəkildə evə buraxılıb. 8 sutkadan sonra xəstə parkda gəzişərkən qəfildən halı pisləşib və klinikaya müraciət edib. Klinikada onu müalicə etmişik, lakin ağciyərlərində yaranmış problemə görə Mərkəzi Klinik Xəstəxanasına göndərmişik. 15 gün həmin xəstəxanada müalicə alıb, hətta vəziyyəti yaxşılaşdığı üçün ölümündən bir gün əvvəl bütün aparatlardan ayrılıb. Lakin qəfildən xəstənin vəziyyəti pisləşib və həyatını itirib”.

Taryel_Omerov.jpg (28 KB)

Həkim Taryel Ömərov

Həkim T.Ömərov qeyd edib ki, mərhumun yaxınları mətbuata şişirdilmiş rəqəmlər təqdim edir: “Xəstənin yaxınları iddia edir ki, ortada başqa məqamlar var, hətta dəymiş ziyanla bağlı şişirdilmiş rəqəmlər göstərilir. Yəqin düşünülür ki, bu söhbətlərdən sonra göstərdikləri rəqəm onlara ödəniləcək. Lakin biz istintaq işinin bitməsini gözləyirik, məhz bundan sonra öz açıqlamamızı verəcəyik”.

modern2.jpg (58 KB)

 

Mədə kiçiltmə əməliyyatından sonra 34 yaşında həyatını itirən
iki uşaq atası Samir Dəmirov ailəsi ilə birlikdə…

Tariyel Ömərov fəaliyyəti dövründə ilk dəfə bu cür ölüm hadisəsi olduğunu da vurğuladı: “Bu cür əməliyyat keçirmiş pasientlərim arasında bu, ilk ölüm hadisəsidir. Təkcə ötən il Amerikada 228 000 insan bu cür əməliyyat keçirib. Əlbəttə ki, hər cür əməliyyatın özünəməxsus riski və ağırlaşmaları var. Məlum olduğu kimi, bu cür əməliyyatlar yalnız ağırçəkili insanlar arasında aparılır. Yəni, normal çəkiyə malik insan bu cür əməliyyata müraciət edə bilməz. Mərhum pasinetimiz də bizə müraciət edəndə 167 kilo çəkiyə malik idi, bu da böyük rəqəmdir. Bunun üçün xəstə digərlərindən daha çox öz sağlamlığına diqqət etməli idi.

Kobud şəkildə bir misalı çəkmək istərdim, bu gün yollarda çoxlu sayda avtomobil qəzaları baş verir. Onlardan bəzilərindən xəbərimiz olur, bəzilərindən isə yox… Amma bir qatarın toqquşması və yaxud təyyarə qəzası olduqda hər kəs xəbər tutur. Çünki daha böyük həcmli hadisə olur. Mədə kiçiltmə əməliyyatı da yeganə sahələrdən biridir ki, daha az gündəmə gəlir. Əgər dünya bu cür əməliyyatı 54 ildir ki, aparırsa, Azərbaycanda 2013-cü ildən aparılır və Bakıda 11 klinikada bu cür əməliyyatlar keçirilir. Əməliyyatdan sonra xəstədə hansısa fəsad, əks reaksiya olsa idi, dərhal xəbər tutardıq. Lakin qeyd etdiyim kimi, pasient 8 sutkadan sonra müraciət etmişdi”.

Qeyd edək ki, ölüm hadisəsi ilə bağlı Səhiyyə Nazirliyindən də mətbuata açıqlama verilərək, bildirilib ki, nazirliyin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi də araşdırma aparır. Araşdırma bitən kimi nəticələr hüquq-mühafizə orqanlarına təqdim ediləcək.

Hazırda bu məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən də araşdırma aparılır.

Həmçinin oxuyun

“Allah daim xalqımızın başını uca eləsin!..” – Zəngilanın işğal günlərindəki icra başçısı

“Milli Ordumuzun bir sıra rayonlarımızın kəndləriylə yanaşı, strateji əhəmiyyətli Zəngilan rayon mərkəzini də azad etməsi …