Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Lütfi Zadənin cənazəsi bu həftənin sonunda Bakıya gətiriləcək

Lütfi Zadənin cənazəsi bu həftənin sonunda Bakıya gətiriləcək

Sentyabrın 6-da Amerikada dünyasını dəyişən görkəmli azərbaycanlı alim Lütfi Zadənin yaxın günlərdə Bakıda keçiriləcək dəfn mərasimində oğlu Norman Lütfizadə iştirak etməyəcək.
Bu barədə AzVision.az-a Norman özü bildirib. O, hazırda Bakıya gəlmək barədə düşünmədiyini deyib: “Bakıya gəlməyim mümkünsüz deyil. Amma hazırda belə bir səfər planımda yoxdur”.
O, atasının dəfn mərasimində hansı səbəbdən iştirak etməyəcəyini açıqlamayıb.
Lütfi Zadə ailəsinin yaxın dostu, Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova isə bildirib ki, cənazə həftənin şənbə və ya bazar günü Bakıya yola salınacaq.
Xatırladaq ki, Lütfi Zadənin cənazəsi Bakıda I Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın