Şənbə , Noyabr 28 2020
Ana səhifə / Aktual / Lütfi Zadə ilə vida mərasimi başa çatdı-Fotolar

Lütfi Zadə ilə vida mərasimi başa çatdı-Fotolar

Dünya şöhrətli alim, professor Lütfi Zadə ilə Azərbaycan Milli Elmlər Akademiyasında vida mərasimi keçirilib. Musavat.com-un məlumatına görə, mərasimdə deputatlar, nazirlər və digər ictimai şəxslər iştirak ediblər.

Qeyd edək ki, Lütfi Zadənin nəşi bu gün səhər saatlarında Bakıya gətirilib. Heydər Əliyev məscidində cənazə namazı qılındıqdan  sonra mərhum alimin nəşi vida mərasimi üçün AMEA-ya aparılıb.

Vida mərasimində çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, dünya şöhrətli alimi öz vətənində son mənzilə yola salırıq:
“O, Azərbaycanla qürur duyurdu. Azərbaycan onunla qürur duyur. Lütfi Zadə dünya elminə töhvə verdi. Əminəm ki, Azərbaycanın təhsil ocaqlarında yeni Lütfi Zadələr yetişəcək”.

Daha sonra çıxış edən akademik Telman Əliyev çıxış edərək bildirib ki, zəmanəmizin görkəmli alimi Lütfi Zadənin vəfatı, xalqımız üçün çox böyük itkidir: “O böyük elmə Lütfi Zadə kimi daxil olub. Onun nəzəriyyələri informatika, kibernetika, idarəetmə elmlərin inqilaba səbəb olmuş və bu işə digər sahələrdə də inkişafa səbəb olub. Hazırda ən çox inkişaf etmiş ölkələrdə bank sistemləri, nəqliyyat sistemləri hamısı Lütfi Zadənin nəzəriyyəsi əsasında işləyir. Bu gün butun müayinə sahəsi də məhz intelektuallaşaraq idarə olunur. Bütün bunların hamısının nəticəsində insanların həyatının keyfiyyəti yaxşılaşır. Analiz etsək görərik ki, heç bir alim cəmiyyətin, insanların həyatına bu qədər fayda verən iş görməyib. Biz Lütfi Zadə ilə fəxr edirik. O, vətənini çox sevirdi. Onunla çox təmasda olmuşam. Lütfi Zadə 1965-ci ildə Bakıya gələndə onu burada çox gözəl qiymətləndirdilər”.

Riyaziyyat və Mexanika institutunun direktoru Misir Mərdanov da çıxış edərək, mərhum alimin elm sahəsindəki uğurları barəsində danışıb. M. Mərdanov bildirib ki, Lütfi Zadə hər birimizin fəxr etməli olduğu alimdir:

“Əgər böyük Aristotel məntiqi ilə dünya ağ və qara rəngdə görünürdüsə, Zadə məntiqi ilə dünyanın bütün çalarlarını görürük. Lütfi Zadənin dostları arasında prezident Ruzvelt, Nikson kimi adamlar və böyük alimlər olub. Dövlətimizin başçısı Lütfi Zadənin əməyini hər zaman yüksək qiymətləndirib. Bu gün burada prezidentimizin, yüksək vəzifəli dövlət məmurlarının inkişafı, Azərbaycanda elmə olan dəyərin göstəricisidir. Allah rəhmət eləsin”.

Çıxış edən ABŞ-in Azərbaycandakı səfiri Robert Sekuta bildirib, bu cür mərasimdə çıxış etdiyim üçün həyəcanlıyam:
“Lütfi Zadə elə bir şəxsiyyətdir ki, onun nəaliyyətləri həm Azərbaycan, həm də ABŞ üçün çox əhəmiyyətlidir. Azərbaycannin böyük oğlu ABŞ və dünya elminə böyük töhfələr verib”. Daha sonra səfir, Lütfi Zadənin elm sahəsindəki uğurlarından bəhs danışıb. Lütfi Zadənin ailəsi adından

Bu şərəfli işdə başda möhtərəm prezidentimiz olmaqla əməyi keçən bütün dəyərli insanlara öz dərin təşəkkürümü bildirirəm:
“Dahi alim Lütfi Zadə bu torpaqda doğuldu və burada əbədiyyən yatacaq. Allah rəhmət eləsin, ruhu şad olsun”.

Daha sonra Lütfi Zadə ilə vida mərasimi başa çatıb.

 

Həmçinin oxuyun

Şuşa ətrafında əsgərlərimiz, yoldan keçən ermənilər, yüksək səslə Azərbaycan milli musiqisi…

Noyabrın 25-də Kəlbəcər işğaldan azad edildi və Azərbaycanın nəzarətiə qaytarıldı. Beləliklə, Dağlıq Qarabağ ermənilərini Ermənistanla …