Çərşənbə axşamı , Yanvar 19 2021
Ana səhifə / Aktual / Lukaşenko ayaqqabısını çıxarıb Nazarbayevə göstərdi – Fotolar

Lukaşenko ayaqqabısını çıxarıb Nazarbayevə göstərdi – Fotolar

Belarus prezidenti Aleksandr Lukaşenko yerli istehsal olan ayaqqabılar geyinməyi xoşlayır.

Azinforum.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Lukaşenko ayaqqabılarının hətta Qazaxıstan prezidenti Nursultan Nazarbayevin də diqqətini çəkdiyini deyib:

“Mən prezidentlərlə görüşəndə onlar italyan brendindən geyindikləri üçün lovğalanırlar. Nazarbayev soruşdu ki, ayaqqabını haradan almısan? Mən də “Belarusdan” dedim. Nazarbayev ayaqqabılarımın Belarusda istehsal olunduğuna əvvəlcə inanmadı. Bu səbəbdən ayaqqabılarımı çıxarıb istehsal markasını ona göstərməli oldum”, – deyə Lukaşenko söyləyib.


Həmçinin oxuyun

Vüqar Səfərli onları bir-bir yanına aparacaq – Siyahıda kimlər var?

“Vüqar Səfərli işi” davam etdikcə daha çox şəxsin istintaqa cəlb olunacağı qaçılmazdır. Aydındır ki, KİVDF-nin …