Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Lotu Qulinin məhbəs həyatı kitab oldu…

Lotu Qulinin məhbəs həyatı kitab oldu…

“Mən Quliyəm” kitabı satışda…

22,5 il məhbəs həyatı yaşayan “qanuni oğru” Lotu Quli (Nadir Səlifov) bu yaxınlarda azadlığa çıxıb. Onun məhbus günləri, “oğru” adını alana qədər yaşadıqları, keçdiyi ölüm təhlükələri barədə Munis Yusifoğlu adlı yazar bir kitab qələmə alıb. Kitab tam bir detektiv əsəri xatırladır və bir-birindən ilginc detallarla zəngindir.
“Beş saniyədən sonra başına beş tapançanın soyuq lüləsinin tuşlanacağından xəbərsiz olan gənc geniş prospektdə yolun sağında saxladığı avtomobilinin sükanı arxasındaydı. Aprel ayı idi, gündüz vaxtıydı, yolun işlək hissəsində maşınlar şütüyür, səki ilə ara-sıra insanlar gəlib-gedirdi. Hər hansı bir təhlükə və ya təhlükə işartısı yox idi. Heç kəs beş saniyədən sonra burada detektiv filmlərinin səhnəsini xatırladan bir durumun yaranacağını düşünməzdi”.

Bundan başqa, kitabı oxuyanda biləcəksiniz:
* İH başçısı Dilrüba Camalovanın həkim oğlunu kimlər girov götürüb, kimin vasitəsilə nə qədər alıb buraxıblar….
* İsgəndər Həmidov məhbəsdə necə yatıb, necə ad qoyub, çıxıb….
* Sabirabadlı Hikməti kim öldürtdürüb…
* Quli ilə Hikmət nə üstə əlbəyaxa olublar…
” Rövşən Lənkəranski ilə Qulinin münaqişəsi necə başlayıb…
* Qulini nəyə görə gürcü “oğru” “koronovat” edib və s.

Kitabı “Qaya” mətbuat yayımı firmasından ( 565 67 13; 564 48 96) sifariş etmək olar.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …