Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / “Lotu Quli”dən sonra Azərbaycanın kriminal lideri kim olacaq? – “Sxodka”da qərar verilə bilər”

“Lotu Quli”dən sonra Azərbaycanın kriminal lideri kim olacaq? – “Sxodka”da qərar verilə bilər”

Kriminal avtoritet, “Lotu Quli” kimi tanınan Nadir Səlifovun bu gecə Antalyada qətlə yetirilməsindən sonra “oğru dünyası”nın yeni liderinin kim olacağı ilə bağlı müzakirələr başlayıb.

Bu barədə Yenicag.az-a danışan “oğru dünyası” və azərbaycanlı kriminal avtoritetlər haqqında çox sayda kitabın müəllifi Bəhram Çələbi vurğulanan məsələnin ümumi razılaşma əsasında həll oluna biləcəyini deyib.

“Kriminal aləmdə liderin ölümündən və ya qətlə yetirilməsindən sonra yeni lider nüfuzlu avtoritetlərin razılaşmasından sonra müəyyənləşir.

Böyük ehtimalla, indiki halda da müəyyən çevrəyə daxil olan kriminal avtoritetlərin iştirakı ilə “sxodka” keçiriləcək.

Yeni liderin seçilməsi və başqa məsələlərin razılaşdırılması da həmin “sxodka”da gerçəkləşə bilər.

İndiki halda azərbaycanlı “qanuni oğru”ların konkret kimə etimad göstərəcəklərini söyləmək çətindir. Amma bütün hallarda bu seçimə çox ciddi yanaşılacaq”.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …