Bazar , Noyabr 29 2020
Ana səhifə / Aktual / “Lotu Quli” soyadını dəyişdi

“Lotu Quli” soyadını dəyişdi

Kriminal aləmdə Lotu Quli kimi tanınan Nadir Səlifov soyadını dəyişib. Criminal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, indi o, İsmayılovdur. Həmin soyad altında “qanuni oğru”nun axtarıldığı bildirilir.Beynəlxalq qanuni oğru siyahısında 47 yaşlı Lotu Quli son vaxtlara qədər Səlifov soyadını daşıyırdı. Bir gün əvvəl onun barəsində c Rusiya Cinayət Məcəlləsinin 210-cu (Cinayət aləmində yüksək təbəqəyə mənsub olma) maddəsi ilə cinayət işi açıldığı məlum oldu.İstintaqın məlumatına görə, 2009-cu ildən bu günə qədər Rusiyadan kənarda olan Səlifov-İsmayılov, kriminal aləmdə nüfuzundan istifadə edərək, özünü “qanun oğru” kimi təqdim edərək, Moskva şəhərində və digər bölgələrdə cinayət fəaliyyətinin təşkili, rəhbərliyi və əlaqələndirilməsində iştirak edib

Həmçinin oxuyun

Əsgərlərimiz Ermənistan bayrağını erməninin özünə endirtdirdilər – VİDEO

Azərbaycan və Ermənistanın Kəlbəcər rayonu ərazisindən keçən dövlət sərhədlərinin demarkasiyası zamanı maraqlı hadisə baş verib. …