Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Londonda “Brexit”in əleyhinə 500 min nəfərlik mitinq keçirilib

Londonda “Brexit”in əleyhinə 500 min nəfərlik mitinq keçirilib

Britaniyanın paytaxtı Londonda “People’s Vote” (Xalq Səsverməsi) adlı aksiya keçirilib.

Aksiyada iştirak edən yarım milyon insan “Brexit”lə bağlı son razılıq üçün ikinci referendumun keçirilməsini tələb edib.

Aksiya iştirakçıları əllərində “Biz Avropa İttifaqından çıxmaq istəmirik”, “Tereza Meyə yox!”, “Avropa İttifaı ilə daha güclüyük”, “Gənclər “Brexit”ə qarşıdır”, “Bizə son sözü demək haqqı tanıyın” – şüarları olan plakatlarla “Park Lane”dən Hökumət evinin olduğu “Westminister” ərazinə doğru yürüyüş ediblər.

Aksiya iştirakçılarından biri Viliam Mog kütləvi tədbir üçün Leeds şəhərindən gəldiyini deyib. O, bildirib ki, Avropa İttifaqından ayrılmaq Britaniya üçün zərərli olacaq: “Biz Avropa İttifaqı ilə birgə güclü olduğumuza inanırıq. Bu gün də bura yenidən referendumun keçirilməsini dəstəkləmək üçün gəlmişik”.

Qeyd edək ki, kütləvi tədbirə parlament üzvləri ilə yanaşı, Londonun meri Sadiq Xan da dəstək verib. (Report)

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …