Bazar , Oktyabr 25 2020
Ana səhifə / Aktual / “Lökbatan təklifindən imtina etdik”

“Lökbatan təklifindən imtina etdik”

REAL Partiyasının sədri İlqar Məmmədov mitinq üçün Lökbatan təklifindən imtina edildiyini bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sədr sosial şəbəkədə məlumat paylaşıb.

Qeyd edib ki, aksiya fevralın 16-sı saat 15:00-17:00-da Bakı şəhərində keçirilməlidir.

Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat, REAL partiyaları, D 18 təşkilatı və müstəqil namizədlərin mitinqlə bağlı müraciətinə cavab olaraq bildirmişdi ki, müraciətə baxılıb və mitinqin Lökbatan qəsəbəsi, 28 May küçəsi, “Neftçi” İdman Klubunun Qaradağ təlim idman bazasında keçirilməsi təklif edilib.

Həmçinin oxuyun

Vilayət Eyvazovdan yeni təyinat – Kamran Əliyevi o əvəz etdi

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyevin yerinə təyinat olub.“BakuPost”un …