Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Lider TV-nin aparıcısında xərçəng aşkarlandı – Onkologiyada döyüşlərim başladı – FOTO

Lider TV-nin aparıcısında xərçəng aşkarlandı – Onkologiyada döyüşlərim başladı – FOTO

Lider TV-nin əməkdaşı Zərifə Çobanzadə Tapdıq qızında xərçəng xəstəliyi üzə çıxıb.
Qarın boşluğunda onkoloji şiş aşkarlanan Zərifə xanım artıq bir neçə gündür Milli Onkologiya Mərkəzində (MOM) müalicəyə başlayıb.
Z.Çobanzadə xəstəlikdən qorxmadığını deyir:
“Mən güclü qadınam, xəstəlikdən qorxmuram. Tezliklə bu bəlaya qalib gələcəyəm. Onkologiyada döyüşlərim başladı. Bu çətin döyüşdə mənə dəstək olan dəyərlimiz Fəxriyyə Xələfovaya, sevimli millət vəkilimiz Qənirə Paşayevaya və MOM-un baş həkimi Azad Kərimliyə dərin minnətdarlığımı bildirirəm”.
Z.Çobanzadə planlaşdırılmış cərrahiyyə əməliyyatının təxirə salındığını deyir: “Əməliyyat olunmalıyam, qanımda şəkərim normaya düşmədiyindən təxirə salındı. Gözləyirik…”
Qeyd edək ki, Zərifə Çobanzadə “Xeyirli axşamlar” və “Kalorit” proqramlarının layihə rəhbəri və aparıcısı olub. (baku.ws)

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …