Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Aktual / Lider TV-də nə baş verir? – Rəsmi açıqlama

Lider TV-də nə baş verir? – Rəsmi açıqlama

“Lider TV-də yayımın dayanmasına səbəb daxili texniki problemdir”. Bu sözləri Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Asəf Hacıyev telekanalın yayımının dayandırılması ilə bağlı “Qafqazinfo”ya açıqlamasında deyib.

Onun sözlərinə görə, problem həll onunan zaman kanal efir fəaliyyətinə davam edəcək:

“Telekanalda yayım axşam saat 10-da dayanıb. Dəqiqləşdirdik, məlumat verildi ki, televiziyanın özünün texniki problemidir. Bu gün də əlaqə saxladıq, problem həll olunmayıb. Kanal özü də bu haqda məlumat yayacaq. Hələlik problem aradan qaldırılmayıb, həll olunan kimi kanal yayımını davam etdirəcək”.

Aparat rəhbəri kanalın “Azerspace-1″ə borcunun olması ilə bağlı yayılan fikirlərə də münasibət bildirib:

“Bizə deyilib ki, daxili texniki problemdir. Bu, doğru məlumat deyil”.

Qeyd edək ki, dünən saat 22:01-də “Gecənin sehri” adlı veriliş başlayarkən telekanalın efiri yarımçıq kəsilib.

Xatırladaq ki, “Lider” telekanalı 2000-ci ildən fəaliyyət göstərir, kanalın rəhbəri Ədalət Əliyevdir. Uzun müddətdir telekanalda ciddi maliyyə problemlərinin olması ilə bağlı mediada məlumatlar yayılırdı.

Həmçinin oxuyun

Kəlbəcərin Zod qızıl yatağının görüntüləri

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Kəlbəcər rayonunun Söyüdlü (Zod) qızıl yatağının görüntülərini yayıb. …