Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Leyla Yunus məhkəmədə nəzarətçini vurdu

Leyla Yunus məhkəmədə nəzarətçini vurdu

Apelyasiya Məhkəməsində Leyla və Arif Yunusun işi üzrə oktyabrın 15-nə təyin edilmiş proses təxirə salınıb. Leyla İstintaq Təcridxanasına qaytarılıb. Burada onun əl ağacını alıblar.

“Turan” bildirir ki, buna onun məhkəmə zalından çıxarkən əl ağacı ilə mühafizəçini vurması səbəb olub.

Xatırladaq ki, Leyla və Arif Yunus 2015-i il avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən müvafiq olaraq 8,5 və 7 il müddətinə azadlıqdan məhrum ediliblər. Hər ikisi 2014-cü ildə həbs ediliblər və fırıldaqçılıq, qanunsuz sahibkarlıq, vergilərdən yayınmada ittiham olunurlar. Yunuslara qarşı dövlətə xəyanət ittihamı ayrıca icraata götürülüb.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …

Bir cavab yazın