Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Aktual / Leyla Şıxlinskaya klinikasını satdı

Leyla Şıxlinskaya klinikasını satdı

Xalq artisti Leyla Şıxlinskaya rəhbəri olduğu klinikanı satıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, artıq klinikaya yeni direktor da təyin edilib.

Qeyd edək ki, xəstəxana 1999-cu ilin avqust ayında açılmışdı. Mərkəzə açıldığı gündən etibarən Leyla Şıxlinskaya başçılıq  edib.

Şıxlinskayanın klinikasının adı ötən il məhkəmə çəkişmələri ilə yadda qalıb.  Belə ki, L. Şıxlinskaya klinikanın baş mühasibi işləmiş Şəhla Abbasovanı 1 milyon vəsaiti mənimsəmək iddiası ilə işdən çıxarıb. Məhkəmə ekspertizası isə dəyən ziyanın 56 min manat olduğunu üzə çıxarıb. L. Şıxlinskaya isə bu məbləğlə razılaşmayıb.

Bundan əlavə isə klinika son illərdə medianın gündəminə müxtəlif qalmaqallarla, o cümlədən vergidən yayınma halları ilə gəlib. Görünür belə şəraitdə xanım Şıxlinskaya vəziyyətdən çıxış yolu kimi klinikanı satıb.

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …