Bazar ertəsi , İyun 27 2022
Ana səhifə / Aktual / Leyla Mədət Quliyevin səsini bəyənmədi – Video

Leyla Mədət Quliyevin səsini bəyənmədi – Video

Xəbər verdiyimiz kimi,  İTV-nin Musiqi departamentinin rəhbəri, aparıcı Leyla Quliyeva “3 D” verilişinin qonağı olub. “Qafqazifo”nun məlumatına görə, onun iştirak etdiyi proqram maraqlı məqamlarla yadda qalıb.

Belə ki, “Səs” müsabiqəsinin aparıcısına təklif olunub ki, bir neçə dəqiqəlik sözügedən layihənin münsifi olsun və səsləndirilən səslər arasında seçim etsin. 

Onun üçün verilişdə üç ifa səsləndirilib. İfalar arasında Leyla Quliyevanın öz çıxışı da təqdim olunub. Lakin aparıcı səsini bəyənmədiyini qeyd edib.

Daha sonra Müdafiə sənayəsi naziri Mədət Quliyevin sosial şəbəkədə yayılan gitara ilə ifası verilib. “Münsif olsaydınız, bu səsə dönərdinizmi?” sualına Leyla “yox” cavabını verib. Bu anda M. Quliyevin fotosu monitorda göstərilib. L. Quliyeva “Səs yox, güc lazımdır. Komandama götürüb nə edəcəm?” rəyini verib. 

Sözügedən kadrlara videonun 16-cı dəqiqəsindən sonra baxa bilərsiz:

Həmçinin oxuyun

Rəşadətli Azərbaycan Ordusunun yaradılmasından 104 il ötür

Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür. “Report” xatırladır ki, Silahlı Qüvvələrin yaradılmasından 104 il …