Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Leyla Əliyeva sərgidə – Fotolar

Leyla Əliyeva sərgidə – Fotolar

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə qurumun sosial müəssisələrinin sakinlərinin, əsasən sağlamlıq imkanları məhdud uşaq və gənclərin “Bahar sevincləri” adlı sərgisi və konsert proqramı təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.

Nazir Sahil Babayev bu cür sərgilərin nazirlik tərəfindən son bir il ərzində artıq 3-cü dəfədir ki, keçirildiyini bildirib.

Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaq və gənclərin, sosial müəssisə sakinlərinin əl işlərindən ibarət sərgiyə baxıb.

Rəssamlıq, bədii oyma, toxuculuq növləri üzrə təqdim olunan əl işlərində onların müəlliflərinin həyata nikbin baxışları, arzu və düşüncələri, Vətənə sevgi hissləri, Azərbaycan təbiətinin gözəllikləri, zəngin milli-mənəvi dəyərlərimiz ifadə olunub.G

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …