Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Aktual / Leyla Əliyevanın oğlu musiqi festivalında çıxış edəcək

Leyla Əliyevanın oğlu musiqi festivalında çıxış edəcək

Fevralın 16-da Bakıda II “Zima” uşaq estrada mahnıları festivalı baş tutacaq. “Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev Sarayında keçiriləcək tədbirdə iştirak edəcək uşaqların adları açıqlanıb. 

Onlar arasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və xalq artisti Emin Ağalarovun oğlu Əli də var. 10 yaşlı Əli Ağalarovun adı festivalın rəsmi instaqram səhifəsində qeyd olunub. 

Qeyd edək ki, “Zima” müsabiqə deyil, beynəlxalq mahnı festivalı olduğundan qalib elan olunmayacaq – hər iştirakçı festivalın diplomuna layiq görüləcək.

Həmçinin oxuyun

Ordumuza hörmətsizlik edən “AZGRANATA” ya SƏRT ETİRAZ

Əsgər adı şərəfdir, ucadır, həm də bizim üçün ləyaqət rəmzidir. 44 günlük Vətən müharibəsində də …