Bazar ertəsi , Sentyabr 21 2020
Ana səhifə / Aktual / Leyla Əliyeva retro maşında şəhəri gəzdi – Fotolar

Leyla Əliyeva retro maşında şəhəri gəzdi – Fotolar

Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə Bakıda növbəti dəfə klassik avtomobillərin yürüşü və sərgisi təşkil olunub.

“Qafqazinfo”  xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və bir çox tanınmış şəxslərin izlədikləri yürüşdə 1980-ci ilədək istehsal olunmuş avtomobillər iştirak edib. Onların arasında yürüş üçün qeydiyyatdan keçmiş şəxsi nəqliyyat vasitələri, eləcə də Heydər Əliyev Mərkəzində nümayiş etdirilən klassik avtomobil sərgisinin eksponatları sırasında olan nəqliyyat vasitələri də yer alıb.

Heydər Əliyev Mərkəzinin qarşısından start götürən yürüşdə 100-dən çox klassik avtomobil iştirak edib. Bu avtomobillərin hamısının olduqca maraqlı tarixi var. Həmin avtomobillər dövrünün müasiri olsa da, zaman keçdikcə onların tarixi dəyəri daha da artır.

Həmçinin oxuyun

Gürcüstandan Azərbaycana pivə ixracı 13% artıb

Bu ilin yanvar-avqust ayları ərzində Gürcüstan Azərbaycana 313,2 ton pivə ixrac edib. Bu barədə APA-nın yerli …