Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Aktual / Leyla Əliyeva Eminin konsertində – Fotolar+Yenilənib

Leyla Əliyeva Eminin konsertində – Fotolar+Yenilənib

Azərbaycanın xalq artisti, tanınmış müğənni və bəstəkar Emin Ağalarov dekabrın 14-də Heydər Əliyev Sarayının səhnəsində konsert proqramı ilə çıxış edib.

“ Azinforum.az ” “AzərTac”a istinadən xəbər verir ki, konsertin tamaşaçıları sırasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da olub.

Konsertdə “Moy Azerbaydjan”, “Davay sbejim v Baku”, “Naçistatu”, “Still”, “Amor”, “Ya luçşe vsex jivu” və digər hitlər səslənib. Eminin ifasında dahi Müslüm Maqomayevin əfsanəvi “Mavi əbədiyyət” mahnısı konsertin kulminasiya nöqtəsi olub.

Sonda müğənni səmimi qəbula görə tamaşaçılara bir daha təşəkkür edib. E.Ağalarov deyib: “Konsertə gələn hər kəsə, xüsusilə də Leyla Əliyevaya məni dəstəklədiyinə görə təşəkkür edirəm. Leyla Əliyeva böyük ürəyə malik çox gözəl insandır”.











Həmçinin oxuyun

Azərbaycanda toylara qoyulan qadağa bu tarixə qədər uzadıla bilər – AÇIQLAMA

Azərbaycanda bir ilə yaxındır ki, koronavirus pandemiyasına görə toyların keçirilməsinə qadağa qoyulub. Artıq gündəlik yoluxanların …