Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Aktual / Leyla Əliyeva beynəlxalq forumda – Fotolar

Leyla Əliyeva beynəlxalq forumda – Fotolar

Bu gün ADA universitetində Aqrar və yaşıl texnologiyalar üzrə beynəlxalq forum keçirilir.

“Qafqazinfo” xəbər verir ki, forum Kənd təsərrüfatı və Energetika Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilir. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, bir sıra hökumət üzvləri və xaricdən gələn qonaqlar iştirak edir.

Forumun əsas məqsədi Azərbaycanda kənd təsərrüfatı və enerji sahələrinin innovativ inkişafı, müxtəlif maraqlı tərəflər arasında əlaqələrin gücləndirilməsi və dayanıqlı biznes modellərin qurulmasıdır.

Tədbirdə çıxış edən Kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, Azərbaycanda belə bir forumun keçirilməsi ölkəmizin etibarlı partnyor olduğunu təsdiq edir: “FAO-nun  proqnozlarına görə dünya əhalisinin say 2050-ci ildə 9,4 milyarda çatacaq. Bu da o deməkdir ki, biz ərzaq ehtiyatımızı 70 faizə çatdırmalıyıq. Azərbaycanda  aqrar sahənin sayı ÜDM-də də artıb Bu ilin 9 ayında kənd təsərrüfatının payı 4,3 faiz artıb. Biz kənd təsərrüfatı məhsullarını ixrac edirik. Kənd təsərrüfatını inkişaf etdirmək üçün qarşımıza qoyduğumuz  məqsəd fermer və kəndliləri yardım etmək, mövcüd sahələrdə innovasiya və texnologiyaları tətbiq etməkdir. İnnovasiyanın tətbiqi sahəsində 20-30 faiz məhsuldarlıq olur. Ərzaq məhsullarının qiyməti isə 45-50 faiz aşağı düşür”.

 





Həmçinin oxuyun

“Təhsil kreditləri haqqında” qanun layihəsi müzakirə olunacaq

Milli Məclisin yaz sessiyasında “Təhsil kreditləri haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq. Bununla bağlı məsələ parlamentin …