Ana səhifə / Aktual / Lerik və Yardımlıya qar yağıb – FOTO

Lerik və Yardımlıya qar yağıb – FOTO

Lerik və Yardımlı rayonlarına qar yağıb.

Cənub bölgəsinə iki gündür, yağan yağış dünən gecə saatlarından Lerik və Yardımlıda qara çevrilib. Yardımlıda qarın hündürlüyü rayon mərkəzində 10 sm, ucqar dağlıq ərazilərdə isə 20 sm-dən artıqdır.

Lerik ərazisində isə yağmağa davam edən qarın qalınlığı mərkəzdə 5-6 sm, dağlıq ərazilərdə 10-12 santimetrə çatıb. Yardımlı və Lerikdə qar yağmasına baxmayaraq, xüsusi karantin rejiminə uyğun icazə verilmiş nəqliyyatın hərəkətində, eləcə də əhalinin işıq və qaz təminatında məhdudiyyət yoxdur.

Həmçinin oxuyun

Vilayət Eyvazov sabiq icra başçısının qardaşını işdən çıxardı

Ağstafa Rayon Polis Şöbəsinin (RPŞ) rəisi işdən çıxarılıb.  Yenisabah.az “Report”a istinadən xəbər verir ki, RPŞ-nın rəisi …