Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / “Le Monde”: Qarabağdakı erməni ordusu faciəvi vəziyyətdədir – FOTO

“Le Monde”: Qarabağdakı erməni ordusu faciəvi vəziyyətdədir – FOTO

Fransanın “Le Monde” qəzeti Qarabağdan hazırladığı reportajda erməni işğalçılarının faciəvi vəziyyətini təsvir edib.

Reportajdan bəzi hissələri təqdim edir.

“Yaralı, qan içində, tükənmiş vəziyyətdə olan erməni əsgərləri Stepanakertdəki (Xankəndi şəhəri -red) bir xəstəxanada otururlar. Şəhərə gedərkən onlar düşmən topçularının və snayperin atəşinə tuş gəldilər.

Döyüşçü boynundakı kiçik güllə yarasına toxunaraq “mən möcüzə nəticəsində sağ qaldım” deyir. Hücumlar o qədər güclü idi ki, onlar geri çəkilməli oldular. Snayper onu Stepanakertdən (Xankəndi) cəmi 4 kilometr aralıda vurdu ki, bu da şəhərin tamamilə azərbaycanlıların təsir zonasında olmasına işarədir.

Bəzilərinin daha ciddi xəsarətləri var, artıq döyüşə bilməyəcəklər və təcili əməliyyatdan sonra onsuz da qırılmış Laçın dəhlizinə yeganə alternativ olan “şimal yolu” ilə Ermənistana göndəriləcəklər”.

Qyed edilib ki, xüsusi təyinatlı Ovik kimilər üçün isə müharibə davam edir. Erməni diasporundan olan bu “könüllü” Soçidən Qarabağ uğrunda müharibədə iştirak etmək üçün gəldiyini deyir.

“Burada xəstəxanada mənim bölməmdən bir çox yoldaş var”, – Ovik bildirib.

Azvision.az

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …