Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / LDU peşəkar kadr hazırlığı istiqamətində daha birYENİLİK – FOTOLAR

LDU peşəkar kadr hazırlığı istiqamətində daha birYENİLİK – FOTOLAR

Lənkəran Dövlət Universiteti  (LDU) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)  daha bir qurumu-Lənkəran regional Elm Mərkəzi ilə  əməkdaşlıq edəcək.

Azinforum.az xəbər verir ki, bununla bağlı tərəflər arasında elmi və təcrübi əməkdaşlığa dair ikitərəfli müqavilə imzalanıb. Lənkəran Dövlət Universitetində keçirilən imzalanma mərasimində hər iki qurumun rəsmiləri iştirak ediblər.

Tədbiri LDU-nun rektoru vəzifəsini icra edən  professor Natiq İbrahimov açıb.

N.İbrahimov son illərdə ölkədə elm və təhsilin inkişafında görülən işlərdən, iqtisadiyyatın yüksəldilməsinin əhalinin rifahına müsbət təsirindən ətraflı bəhs edib. Bildirib ki, universitetin əsas məqsədi peşəkar kadr hazırlığının səviyyəsini yüksəltmək, elmi biliklərin təcrübədə tədbiqinə nail olmaqla, konkret uğurlara imza atmaqdır. Ölkə başçısı cənab İlham Əliyevin cənub bölgəsində kənd təsərrüfatını əsaslı şəkildə dirçəltmək məqsədi ilə verdiyi son sərəncamları yüksək dəyərləndirən LDU rəsmisi bildirib ki, çayçılığın, tərəvəzçiliyin, sitrus bağçılığın, çəltikçiliyin, baramaçılığın inkişafı ilə bağlı verilən  sərəncamlar ali təhsil müəssisələrinin üzərinə də peşəkar kadr hazırlığının səviyyəsini yüksəltmək   vəzifəsini qoyur. Natiq İbrahimov bağlanan müqavilənin məhz bu məqsədə xidmət etdiyini  iştirakçıların diqqətinə çatdırıb.

AMEA-nın Lənkəran Regional Elmi  Mərkəzinin  direktoru, professor Fərman Quliyev cənub bölgəsində çayçılığın və sitrus meyvəçiliyin əvvəlki şöhrətinin qaytarılması istiqamətində başlanan işlərə yardımçı olacaqlarını,müştərək işin hər iki elmi quruma faydalı olacağını deyib.

Qeyd edək ki, peşəkar kadr hazırlığını yüksəltmək məqsədi daşıyan müqavilə müştərək tədqiqat və layihələrin həyata keçirilməsini, birgə elmi seminarlar və simpoziumların, konfransların təşkilini nəzərdə tutur.Eyni zamanda, müqavilə çərçivəsində elmi tədqiqat məqsədi ilə Lənkəran-Astara bölgəsinə  birgə ekspedisiyalar da təşkil olunacaq.

Azinforum.az

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …