Ana səhifə / Aktual / LDU-dan bıçaqlanan tələbə ilə bağlı AÇIQLAMA

LDU-dan bıçaqlanan tələbə ilə bağlı AÇIQLAMA

Lənkəran Dövlət Universitetinin kompüter mühəndisliyi ixtisasının 3-cü kurs tələbəsi Zəka Həmidov LDU-nun əvvəlki illər məzunu, Astara rayon sakini Elçin Baxşıyev tərəfindən bıçaqlanıb.

Bu barədə DİA.AZ-a LDU-dan daxil olan məlumatda deyilir ki, hadisə universitetin ərazisindən kənarda baş verib.Hadisənin baş verməsinin dəqiq təfərrüatları bilinməsə də, ilkin məlumata görə iki gənc arasında mübahisə şəxsi münasibətlər zəminində baş verib.

Hazırda yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həmçinin oxuyun

Rza Talıbov bu məsələyə görə Fuad Nəcəfli ilə Naxçıvanda görüşmək istəyib…

Bir neçə gün əvvəl Naxçıvan Ali Məclisində qəribə bir gərginlik yaşanıb. Muxtar respublikadakı mənbələrdən Azpolitika.info-ya …

Bir cavab yazın