Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Lavrov Qarabağda hərbi əsirlərin və meyitlərin mübadiləsi barədə

Lavrov Qarabağda hərbi əsirlərin və meyitlərin mübadiləsi barədə

“Qarabağda hərbi əsirlərin və həlak olanların meyitlərinin mübadiləsinin qəsdən gecikdirilməsi məsələsi yoxdur, lakin bu prosesdə irəliləmək üçün obyektiv çətinliklər mövcuddur”.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov KTMT ölkələri XİN başçıları Şurasının iclasının yekunlarına dair mətbuat konfransında deyib.

S. Lavrov bildirib ki, bu prosesi uzatmaq üçün qəsdən hansısa addımların atılmasından danışmaq çətindir: “Biz bunu görmürük. Lakin obyektiv çətinliklər var və bu, faktıdr. Ümid edirəm ki, bu, tezliklə həll olunacaq. Qarabağdakı relyefi nəzərə alaraq atəş dayandırılan kimi bu məsələlərlə məşğul olmaq çox çətin idi, üstəlik, itkin düşmüş hesab olunanların dəqiq siyahısı olmadan. Ümid edirik ki, Beynəlxalq Qızıl Xaç Komitəsindən mütəxəssislərin cəlb olunması ilə məsələ tezliklə həll olunacaq. Sülhməramlılarımız da imkanları daxilində əlbəttə ki, buna yardım edəcəklər”.

“Əlbəttə ki, hər iki tərəfdəki hərbi rəhbərlər itkin düşmüş sayılan şəxslərin çox dəqiq siyahılarına sahib olmalıdırlar ki, bununla daha mahiyyətli, daha konkret olaraq məşğul olmaq mümkün olsun”, – deyə nazir əlavə edib. Virtualaz.org 

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …