Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Lavrov Moskvada uşaqları xilas edən azərbaycanlının atasına medal verdi

Lavrov Moskvada uşaqları xilas edən azərbaycanlının atasına medal verdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıya səfəri çərçivəsində Moskva vilayətində çayda batan uşaqları xilas edən Salam Nağıyevin atası ilə görüşüb.
Azinforum.az Report-a istinadən xəbər verir ki, nazir Rusiya Fövqəladə Hallar Nazirliyinin “Sularda ölüm ayağında olanların xilasına görə” medalını mərhum S.Nağıyevin atasına təqdim edib.
Xatırladaq ki, 21 yaşlı Salam Nağıyev Lyubertsı rayonunda Pexorki çayının yaxınlığında gəzərkən çayda yardım istəyən üç qız uşağı görüb. Bir an belə düşünmədən onları xilas etmək üçün özünü çaya atan Salam onları xilas etsə də, özü çaydan sağ çıxa bilməyib.
Qeyd edək ki, S.Nağıyev 2013-cü ildə Rusiyaya atasını görmək üçün gedibmiş.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …