Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Latviyada üstündə “Azərbaycan Dəmir Yolları” simvolu olan qatar satılır

Latviyada üstündə “Azərbaycan Dəmir Yolları” simvolu olan qatar satılır

Latviyada istənilən kəs elan saytlarından birində satışa çıxarılmış qatarı ala bilər.

Virtualaz.org xəbər verir ki, ss.com portalında yerləşdirilmiş elana əsasən qatar dörd vaqondan ibarətdir və RVR zavodunun (Riqa vaqonzavod) istehsalıdır. Satış qiyməti isə 320 min 500 avro olaraq göstərilib.

Elanda deyilir ki, Er2 elektrik qatarı 1974-cü ildə istehsal olunub və dörd vaqondan ibarətdir. Qatar modernləşdirilib, təmir olunub, mühərrikləri və digər hissələri yenilənib. Habelə salonu yenilənib, kondisionerlə təchiz edilib, müasir sanitar qovşaqlar quraşdırılıb və kiçik kafe-barı var. İstismar müddəti 2024-cü ilə qədər uzadılıb. Qatarın 5 illiyə icarəyə verilməsi də mümkündür.

Latviyanın Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi İveta Kantsen bildirib ki, qatar əvvəllər Estoniyada istismar edilib.Və elanda yerləşdirilmiş fotolara əsasən Azərbaycana göndərilmək üçün nəzərdə tutulmuşdu. Çünki qatarın üstündə “Azərbaycan Dəmir Yolları” QSC-nin simvolu (ADY) var.

Belə görünür ki, “Azərbaycan Dəmir Yolları” QSC əvvəlcə həmin qatarı almaq fikrinə düşüb, lakin daha sonra fikrini dəyişib. Çünki Azərbaycan hazırda müasir elektrik qatarları alır.

Latviyanın Nəqliyyat Nazirliyindən deyiblər ki, bu qatarı istənilən şirkət alıb istismar edə bilər. Doğrudur, ölkədə sərnişin daşımaları ilə dəmir yollarında ancaq

“Pasazieru vilciens” şirkəti məşğuldur, ancaq bazar açıqdır və nəzəri olaraq bir neçə şirkət lisenziya alıb bu biznesə girə bilər.

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …