Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Aktual / Lap­şin kə­sil­di, onun “Dərs”in­dən “5” alan­lar isə çox ola­caq…

Lap­şin kə­sil­di, onun “Dərs”in­dən “5” alan­lar isə çox ola­caq…

2011-ci il­dən baş­la­ya­raq ci­bin­də da­şı­dı­ğı üç öl­kə­nin və­tən­daş­lıq pas­por­tu ilə Azər­bay­ca­nın iş­ğal olun­muş tor­paq­la­rı­na də­fə­lər­lə say­maz­ya­na gə­lib-ge­də­rək, bir gün bu­nun hü­qu­qi he­sa­ba­tı­nı müt­ləq ve­rə­cə­yi­ni ağ­lı­na gə­tir­mə­yən Lap­şin nə­ha­yət 6 il­dən son­ra ar­tıq 1 say­lı Ba­kı İs­tin­taq təc­rid­xa­na­sın­da­dır.
Ta­rix­də hə­lə uzun il­lər dar­tı­şı­la­caq və bir çox­la­rı üçün dərs və­sa­i­ti ola­caq “Lap­şin işi” ad­lı rəm­zi “ki­tab ya­zır”! 1 say­lı Ba­kı İs­tin­taq Təc­rid­xa­na­sı­nın elə 1 say­lı ci­na­yət­kar “sa­ki­ni” ki­mi ta­rix­də xa­tır­la­na­caq, doğ­ru­dan da xa­tır­la­na­caq­sa… Ba­kı­dan cə­mi bir ne­çə ki­lo­metr ara­lı­da yer­lə­şən təc­rid­xa­na ye­ni ol­sa da, çox po­zu­çu­lar, şüb­hə­li­lər, ca­ni­lər gö­rüb. Be­lə­si – Lap­şin ki­mi­si isə ora­da ilkdir. Lap­şin Azər­bay­ca­nın qa­nun­la­rı­na və tor­paq üçün ca­nın­dan keç­miş min­lər­lə şə­hi­di­mi­zin ru­hu­na say­maz­lıq edə­rək, qon­dar­ma “DQR-i dün­ya­ya sı­rı­maq is­tə­yən Er­mə­nis­ta­nın çir­kin oyun­la­rı­na beş-üç qə­pi­yə gö­rə uy­muş ne­çə-ne­çə ci­na­yət­ka­rın hə­lə­lik il­ki­dir. Ar­dı da gə­lə­cək… Axı 90-cı il­lə­rin əv­vəl­lə­rin­dən baş­la­ya­raq üzü­bə­ri bey­nəl­xalq er­mə­ni oyun­la­rı­na gi­rov düş­müş Lap­şin ki­mi­lə­ri çox­du… Lap­şin də 2011-ci il­də Qa­ra­bağ­da­kı “bic döv­lət”in süf­rə­si­nə öz lə­kə­li əl­lə­ri­ni uza­dan­da cə­mi 6 il son­ra bu­nun cə­za­sı­nı çə­kə­cə­yi­ni dü­şün­mür­dü. Bu­na gö­rə də 2012-ci il­də və 2016-cı il­lər­də ikin­ci-üçün­cü ci­na­yət­lə­ri də tö­rət­di… Lap­şin və Lap­şin ki­mi­lər dü­şün­mə­miş­di­lər ki, ne­çə il­lər öt­sə də, Azər­bay­can xal­qı on­la­rın nə sa­yaq ci­na­yə­tə doğ­ru ad­dım at­dıq­la­rı­nı unut­ma­ya­caq. “Əra­zi­lə­ri­miz­də ikin­ci er­mə­ni döv­lə­ti­nin ya­ran­ma­sı­na qə­tiy­yən im­kan ver­mə­yə­cə­yəm”- de­yən Azər­bay­can Pre­zi­den­ti­nin mil­li ma­raq­lar na­mi­nə fə­da­kar və­tən­pər­vər­li­yi və tü­kən­məz ar­dı­cıl­lı­ğı da Lap­şin ki­mi­lə­rin ön­cə­dən nə­zə­rə al­ma­dıq­la­rı mə­qam­lar­dı. De­mək, 1992-94-cü il­lər­də Ba­kı­nı də­fə­lər­lə ter­ror “qa­nı­na bo­ya­mış” “…yan”la­rın, er­mə­ni vəh­şi­li­yi ilə Sum­qa­yı­tın mə­sum­lu­ğu­na lə­kə sal­mış “ter…”lə­rin, Xo­ca­lı­lı ana­nın bət­nin­də­ki kör­pə­nin bi­çaq­dan da­man qa­nı­na su­sa­mış Ba­la­yan və Zar­vi­qo­rov­la­rın – ha­mı­sı­nın yo­lu gec ya tez Ba­kı İs­tin­taq Təc­rid­xa­na­sın­dan ke­çə­cək…
Lap­şi­nin sax­lan­ma­sı və Ba­kı­ya gə­ti­ril­mə­si pro­ses­lə­ri tə­zə-tə­zə baş­la­yan­da bəl­kə də bir çox­la­rı Azər­bay­ca­nın nə qə­dər prin­si­pi­al və bey­nəl­xalq əhə­miy­yət­li bir işə gi­riş­di­yi­nin fər­qin­də de­yil­di. Ru­si­ya ki­mi bir öl­kə Lap­şin hə­lə Minskdə olar­kən onun ekstra­di­si­ya­sı­na qar­şı ol­du­ğu­nu açıq ifa­də edən­də də bir çox­la­rı­na işin əsl ma­hiy­yə­ti çat­ma­mış­dı. Qo­lu qan­dal­lı Lap­şin Ba­kı ae­ro­por­tu­na dü­şən­də nə qə­dər ağır ci­na­yət tö­rət­di­yi­ni an­la­dı­ğı ki­mi, bu ekstra­di­si­ya­ya əv­vəl­cə ye­tə­rin­cə cid­di ya­naş­ma­yan­lar da hər şe­yi an­la­dı­lar. Lap­şi­nin ekstra­di­si­ya­sın­dan son­ra Ru­si­ya­nın və Er­mə­nis­ta­nın Be­la­ru­sa və şəx­sən Lu­ka­şen­ko­ya qar­şı jestlə­ri və bə­ya­nat­la­rı hər şe­yi or­ta­ya qoy­du.

 

lapşin
Ru­si­ya özü­nün rəs­mi kon­fe­de­ra­si­ya or­ta­ğı olan Be­la­rus pre­zi­den­ti­ni müt­tə­fiq­lik bor­cu­na gu­ya xə­ya­nət­də it­ti­ham et­di­sə, bu za­man Be­la­ru­sun Av­ra­si­ya İq­ti­sa­di Bir­li­yin­dən, KTMT-dən, MDB-dən üz dön­də­rib ge­də bi­lə­cə­yi­ni be­lə nə­zə­rə al­ma­dı­sa, Er­mə­nis­tan Be­la­ru­sun KTMT-dən xa­ric olun­ma­sı­nı açıq tə­ləb et­di­sə… de­mək mə­sə­lə­yə tək Lap­şi­nin həb­si ki­mi sa­də bax­maq müm­kün­süz­dür. Asan mə­sə­lə de­yil. MDB-nin sü­tu­nü rus-be­la­rus it­ti­fa­qı­nı lax­la­dan bir ha­di­sə­ni ger­çək­ləş­dir­mə­yin ar­xa­sın­da bö­yük mət­ləb­lər ya­tır­mış. Bü­tün çə­tin nə­ti­cə­lə­ri­ni ön­cə­dən göz önü­nə ala­raq so­na­dək ar­dı­cıl­lıq gös­tər­mək Pre­zi­dent Əli­ye­vin şəx­sin­də döv­lə­ti­mi­zin əra­zi bü­töv­lü­yü­nə, mil­lə­ti­mi­zin şə­rə­fi­nə, gə­lə­cək nə­sil­lər qar­şı­sın­da mə­su­liy­yət his­si­nə tam bağ­lı­lı­ğın qib­tə olu­na bi­lən nü­mu­nə­si­dir. Bir an­lı­ğa tə­səv­vür et­mək olar ki, han­sı­sa bəl­li tə­sir­lə­rin qar­şı­sın­da Lu­ka­şen­ko bey­nəl­xalq hü­quq nor­ma­la­rı­nı, haqq-əda­lə­ti, Azər­bay­can-Be­la­rus dostlu­ğun­dan do­ğan rəs­mi öh­də­lik­lə­ri, Pre­zi­dent Əli­yev­lə şəx­si dostlu­ğu, il­lər ön­cə Be­la­rus “qaz mü­ha­ri­bə­lə­ri­nin” hə­də­fi olan­da Azər­bay­can Pre­zi­den­ti­nin uzat­dı­ğı dost-qar­daş əli­ni unu­da­raq İn­ter­po­lun Lap­şin­lə bağ­lı ax­ta­rış qə­ra­rı­nı kə­na­ra atır, Lap­şin Minskdə sax­lan­mır, Azər­bay­ca­na ekstra­di­si­ya olun­mur, biz­lə­rə acıq ve­rə-ve­rə iki-üç ay­da bir qa­nun­suz Qa­ra­bağ sə­fə­ri­nə da­vam edir. Lu­ka­şen­ko bu­nu edə bil­məz­di­mi? İn­ter­po­lun ax­ta­rı­şın­da olan şəxslə­rin dün­ya bö­yu ma­ne­ə­siz hə­rə­kət­lə­ri­nə da­ir az­mı faktlar var? Bu da olar­dı on­lar­dan bi­ri. Hət­ta Av­ro­pa­ya, ABŞ-a, Ru­si­ya­ya ye­ri gə­lən­də sö­zü­nü dik de­yə­rək həm şəx­si, həm də döv­lət ira­də­si­ni şəstlə nü­ma­yiş et­di­rə bi­lən ye­nil­məz Lu­ka­şen­ko­ya kim nə de­yə bi­lər­di ki… Üs­tə­lik, Lap­şi­ni qa­nad­la­rı al­tı­na al­ma­sı onu dün­ya er­mə­ni lob­bi­si­nin, Er­mə­nis­tan re­ji­mi­nin, er­mə­ni xal­qı­nın və Ru­si­ya­nın Lav­rov ki­mi rəs­mi da­i­rə­lə­ri­nin gö­zün­də əsl qəh­rə­ma­na çe­vi­rə bi­lər­di. Bun­lar Lu­ka­şen­ko­nun im­ti­na et­di­yi bö­yük nəs­nə­lə­rin yal­nız bir his­sə­si­di. Nə­ti­cə bu­dur ki, Lu­ka­şen­ko şəx­si və döv­lət­lə­ra­ra­sı dostluq­da əsl ki­şi ki­mi hə­rə­kət et­di, Azər­bay­ca­nın haq­qı­nı ayaq al­tı­na at­maq ba­ha­sı­na Er­mə­nis­tan re­ji­mi­nə və er­mə­ni lob­bi­si­nə se­vin­mək və Azər­bay­can xal­qı­nın şə­rə­fi­nə hə­qa­rət et­mək şan­sı ver­mə­di. Əgər ver­səy­di, er­mə­ni təb­li­ğa­tı in­di “Be­la­rus Dağ­lıq Qa­ra­ba­ğı Azər­bay­ca­nın tər­kib his­sə­si ola­raq ta­nın­ma­dı” ki­mi qon­dar­ma te­zi­sin gu­rul­tu­la­rı al­tın­da Azər­bay­ca­nın baş­qa haqq səs­lə­ri­ni də eşi­dil­məz et­mə­yə ça­lı­şa­caq­dı. Biz bu acı­nı da ya­şa­maq­dan yan keç­dik. Bü­tün dün­ya bo­yu de­yə bil­dik ki, da­ha bir döv­lət Qa­ra­ba­ğın Azər­bay­can tor­pa­ğı ol­du­ğu­nu növ­bə­ti də­fə eti­raf et­di. 25 il­lik müs­tə­qil­lik ta­ri­xi­miz­də ya­şa­dı­ğı­mız tək-tək qü­rur­ve­ri­ci faktlar­dan bi­ri olan bu nə­ti­cə­ni ki­min və nə­yin sa­yə­sin­də əl­də et­di­yi­mi­zi gə­rək heç vaxt unut­ma­yaq. Azər­bay­ca­nın ba­şın­da İl­ham Əli­yev yox, baş­qa bi­ri­si ola­say­dı və Be­la­rus rəh­bər­li­yi ilə şəx­si mü­na­si­bət­lə­rə la­zı­mi önəm ve­ril­mə­səy­di, Lu­ka­şen­ko öz ba­şı­nı ağ­rı­da­caq ne­çə-ne­çə bö­yük prob­le­mi göz önü­nə ala­raq Azər­bay­ca­nın xey­ri­nə ye­nə fə­da­kar­lıq edər­di­mi? Dü­şün­dük­cə su­al­lar ço­xa­lır. Lu­ka­şen­ko bil­mir­di­mi ki, ABŞ və Av­ro­pa ilə mə­lum mə­sə­lə­lə­rə gö­rə ha­mar ol­ma­yan mü­na­si­bət­lə­rə dün­ya er­mə­ni lob­bi­si han­sı ye­ni düş­mən­çi­lik ça­lar­la­rı əla­və edə bi­lər? Heç şüb­hə­siz, təc­rü­bə­li döv­lət ada­mı ki­mi Lu­ka­şen­ko­nun ay­dın tə­səv­vür et­di­yi hə­min ça­lar­la­rı biz­lər bun­dan son­ra prak­tik ola­raq gö­rə­cə­yik. Qi­sas­çı er­mə­ni lob­bi­si və Er­mə­nis­tan re­ji­mi sus­ma­ya­caq, Azər­bay­can döv­lə­ti­nin lə­ya­qə­ti­ni və xal­qı­mı­zın mil­li şə­rə­fi­ni qo­ru­du­ğu üçün İl­ham Əli­yev­dən hər dü­şən für­sət­də da­ha aman­sız qi­sas al­maq si­ya­sə­ti­ni da­vam et­di­rə­cək. Bey­nəl­xalq hü­qu­qun əda­lə­ti­nə və müt­tə­fiq­lik-dostluq bor­cu­na sa­diq qal­dı­ğı üçün Lu­ka­şen­ko­nu da “vur­ma­ğa” ça­lı­şa­caq…

lap
Heç kim in­kar et­mir ki, İl­ham Əli­yev­lə Lu­ka­şen­ko­nun bir­gə “Lap­şin la­yi­hə­si” er­mə­ni­lə­rin düz 28 il­dir açıq for­ma­da apar­dıq­la­rı tə­ca­vüz­kar si­ya­sə­tin ma­hiy­yə­ti­ni if­şa edən bən­zər­siz ta­ri­xi ha­di­sə­dir. Dün­ya İl­ham Əli­ye­vin Sar­kis­yan­dan qat-qat nü­fuz­lu və xa­riz­ma­lı döv­lət baş­çı­sı ol­du­ğu­nu tək­rar gör­dü, Azər­bay­can dip­lo­ma­ti­ya­sı­nın məq­səd­yön­lü­lü­yü­nə və sə­riş­tə­si­nə əmin ol­du. Er­mə­nis­ta­nın Azər­bay­can­da­kı iş­ğal­çı re­ji­mi­nin heç vaxt ta­nın­ma­ya­ca­ğı­nı yə­qin et­di, bil­di ki, Lap­şin­lər nə qə­dər gə­lib-get­sə­lər də, Qa­ra­ba­ğı Azər­bay­can­dan kim­sə qo­pa­ra bil­məz, il­lər öt­sə də, Azər­bay­can xal­qı və şəx­sən Pre­zi­dent İl­ham Əli­yev bir­cə qa­rış tor­pa­ğı­mız­dan da im­ti­na et­mə­yə­cək. Qa­ra­bağ prob­le­mi­nin əda­lət­li həl­li­ni sü­ni şə­kil­də uzat­maq­la Azər­bay­can xal­qı­nın və Pre­zi­dent Əli­ye­vin yo­ru­la­ca­ğı­na, ya ruh­dan dü­şə­cə­yi­nə stav­ka edən­lər ya­nı­la­caq, iş­ğal re­ji­mi uzan­dıq­ca xalq-döv­lət bir­li­yi­nə və Pre­zi­dent Əli­ye­vin və­tən­pər­vər­li­yi­nə söy­kə­nən Azər­bay­can döv­lə­ti­nin qüd­rə­ti da­ha da bö­yü­yə­cək, hər cür şə­rin qar­şı­sın­da ye­nil­məz­lik gü­cü ar­ta­caq.
Bu ara­da heç tə­əc­cüb­lü de­yil ki, Lap­şi­nin Ba­kı­da əda­lət­li mü­ha­ki­mə olu­na­ca­ğı­na in­di­dən köl­gə sal­maq cəhdlə­ri gö­rün­mə­yə baş­la­yıb. Ön­cə­dən də elə rəy ya­rat­maq is­tə­yir­di­lər ki, gu­ya Lap­şi­ni Azər­bay­ca­na asıb-kəs­mə­yə, də­ri­si­ni soy­ma­ğa, şaq­qa­la­ma­ğa gə­ti­ri­rik. Biz­lər bu­nu dün­ya­dan sər­gi­lə­nən iki­li stan­dart ya­naş­ma­la­rın baş­qa for­ma­da tə­za­hü­rü ki­mi ba­şa düş­dük. Hə­lə Lap­şi­nin ekstra­di­si­ya­sı na­mi­nə Pre­zi­dent Əli­ye­vin dip­lo­ma­tik mü­ba­ri­zə­ni səy­lə da­vam et­dir­di­yi gün­lər­də ATƏT-in Mi­ya­to­vi­çi­nin Er­mə­nis­tan om­budsma­nı­na mək­tub yaz­ma­sı da bi­zi tə­əc­cüb­lən­dir­mə­di. Mi­ya­to­viç “ülyahəz­rət­lə­ri” Lap­şi­nin Azər­bay­ca­na ve­ri­lə­cə­yi an­da onun ta­le­yi üçün na­ra­hat ol­muş və Er­mə­nis­tan om­budsma­nı­na (?) ürək-di­rək ver­mək üçün mək­tub yaz­mış­dı. Əcəb ya­naş­ma­dı. Er­mə­nis­tan om­budsma­nı­nın Lap­şi­nə nə dəx­li var? Lap­şin Azər­bay­ca­nın Qa­ra­bağ böl­gə­si­nə qa­nun­suz gə­lib-get­di­yi üçün qa­nu­ni şə­kil­də cə­za­lan­dı­rı­lır. Bun­dan Er­mə­nis­tan om­budsma­nı­na nə? Mi­ya­to­viç Azər­bay­can om­budsma­nı­na mək­tub ya­za­raq Lap­şi­nin işi­ni nə­za­rə­tə gö­tür­mə­yi xa­hiş et­səy­di, ye­nə dərd ya­rı olar­dı. De­mək, xa­nım Mu­ya­to­vi­çin baş­qa ya­naş­ma­la­rı var imiş… O, açıq de­mə­sə də, hə­rə­kət­lə­ri­lə gös­tər­di ki, Qa­ra­ba­ğı Azər­bay­can tor­pa­ğı say­mır, Lap­şi­nin ekstra­di­si­ya­dan son­ra Azər­bay­can­da gu­ya qə­rəz­lə mü­ha­ki­mə edi­lə­cə­yi ba­rə­də məq­səd­li yay­dı­rıl­mış rəy­lə­ri bö­lü­şür. Bu mə­na­da Lap­şi­nin açıq məh­kə­mə­si, cə­nab İl­ham Əli­yev baş­da ol­maq­la, bü­tün Azər­bay­can xal­qı­nın Lap­şi­nə şəx­si düş­mən ki­mi yox, Azər­bay­ca­nın qa­nu­ni mə­na­e­lə­ri­nə düş­mən­çi­lik et­miş ci­na­yət­kar ki­mi qə­rəz­siz ya­na­şıl­dı­ğı­nın ba­riz nü­ma­yi­şi ola­caq.
Lap­şi­nin ci­na­yə­ti mə­cəl­lə­miz­də­ki döv­lət sər­hə­di­ni qa­nun­suz keç­mə və döv­lə­tə qar­şı ça­ğı­rış­lar ki­mi töv­sif olun­sa da, bu işin ma­hiy­yə­ti re­al­lıq­da çox uni­kal­dır. Mə­sə­lən, bu iş Azər­bay­ca­nın sər­həd­lə­ri­ni qa­nun­suz ke­çən, İran­dan, Əf­qanstan­dan və baş­qa yer­lər­dən gəl­miş nar­ko­tik da­şı­yı­cı­la­rı, ya qa­nun­suz miq­rantlar­la ey­ni­ləş­di­ri­lə bil­məz. Lap­şi­nin döv­lə­ti­miz əley­hi­nə ça­ğı­rış­la­rı ay­rı-ay­rı di­ni, ya mil­li ra­di­kal-ekstre­mistlə­rin də ça­ğı­rış­la­rı­na bən­zə­məz. Lap­şi­nin ci­na­yə­ti re­gi­o­nal-et­nik se­pa­ra­tizmlə bir­ba­şa bağ­lı ol­du­ğu üçün uni­kal­dır. İn­di­yə qə­dər mə­lum for­ma­da Azər­bay­ca­nın əra­zi bü­töv­lü­yü­nü poz­muş baş­qa şəxslər də olub, han­sı­lar ki, Azər­bay­can XİN-in “Qa­ra si­ya­hı­sı­na” sa­lın­maq­la bey­nəl­xalq qı­naq hə­də­fi olub­lar, son­ra­dan bir çox­la­rı sə­mi­mi eti­raf­la­rı­na gö­rə “qa­ra si­ya­hı­dan” “ağ si­ya­hı­ya” keç­mək­lə Azər­bay­ca­na sər­bəst gə­lib-get­mək hü­quq­la­rı­nı bər­pa edə bi­lib. Bun­la­rın ha­mı­sın­dan fərqli ola­raq, Azər­bay­ca­nın qa­nu­ni döv­lət mə­na­fe­lə­ri­nə zi­yan vur­ma­sı ilə açıq-aş­kar öyün­dü­yü üçün, “qon­dar­ma” DQR-i ta­nı­maq xa­hi­şi ilə mü­ra­ci­ət­lər et­di­yi üçün Lap­şi­nin mə­sə­lə­si uni­kal­dır. Azər­bay­ca­nın bu sa­yaq ci­na­yə­tə gö­rə aç­dı­ğı və uğur­la ye­kun­laş­dır­dı­ğı ilk ci­na­yət işi ol­du­ğu üçün uni­kal­dır.
Bu işin baş­qa bir uni­kal cə­hə­ti də var. Azər­bay­can Pre­zi­den­ti­nin sa­yə­sin­də bey­nəl­xalq hü­quq prak­ti­ka­sı çox zə­ru­ri bir pre­se­dent fak­tı əl­də et­di. Dün­ya­nın se­pa­ra­tizm bə­la­sın­dan əziy­yət çə­kən öl­kə­lə­ri­nin mə­lum si­ya­hı­sı var. Gür­cüs­tan, Mol­do­va, Uk­ray­na hə­lə də bu bə­la­lı cı­ğı­rın daş-çın­qıl­la­rı üzə­rin­də ye­ri­mək zo­run­da­dır. Bu mü­si­bə­ti dün­ya­nın Çin ki­mi əj­da­ha­sı da 1949-cu il­dən baş­la­ya­raq Tay­va­nın tim­sa­lın­da ya­şa­maq­da­dır. Gür­cüs­tan, Mol­do­va və Uk­ray­na pre­zi­dentlə­ri hə­lə in­di­yə qə­dər Ab­xa­zi­ya, Dnestrya­nı və Krı­ma qa­nun­suz ge­diş it­ti­ha­mı ilə bir­cə nə­fər po­zu­cu­nu be­lə əli qan­dal­lı və­ziy­yət­də öl­kə­si­nə gə­ti­rə bil­mə­yib. Qüd­rət­li Çin döv­lə­ti də se­pa­rat­çı Tay­va­na ge­dib-gəl­mək­lə Çi­nin əra­zi bü­töv­lü­yü­nü poz­muş bir­cə nə­fə­rə də ol­sun, be­lə “dərs” ver­di­rə bil­mə­yib. Bu mə­na­da Pre­zi­dent İl­ham Əli­ye­vin uğur­lu “Lap­şin ekstra­di­si­ya­sı­nın” bey­nəl­xalq hü­qu­qa “Lap­şin pre­se­den­ti” ki­mi düş­mə­si­nin bö­yük şansla­rı var. Bey­nəl­xalq hü­quq eli­min­dən az-çox xə­bə­ri olan­lar pre­se­dent hü­qu­qun nə qə­dər tə­sir­li fak­tor ol­du­ğu­nu bi­lir. Tə­səv­vür et­mək müm­kün­dür ki, nə vaxtsa Gür­cüs­tan, Uk­ray­na, Çin, Mol­do­va se­pa­rat­çı böl­gə­lə­rə dəs­tək ve­rən po­zu­cu­lar­la bağ­lı İn­ter­po­la mü­ra­ci­ət edə­cək və pre­se­dent fakt ki­mi “Lap­şi­nin işi­ni” müt­ləq xa­tır­la­da­caq. Hə­qi­qə­tən Azər­bay­can üçün qü­rur ve­ri­ci faktdır. Həm Lap­şi­ni öl­kə­yə gə­tir­mək, həm də bu­nun­la bey­nəl­xalq hü­quq­da pre­se­dent fak­tı ya­rat­maq.
Ne­çə gün­dür Er­mə­nis­tan “da­ğı­lır”. “Lap­şin işi”nin öl­kə üçün ümu­mi məğ­lu­biy­yət ol­du­ğu­nu ha­mı ba­şa dü­şür. Çox­la­rı bu­nu açıq de­yir, ürə­yi­nin bü­tün ağ­rı-acı­sı­nı Sar­kis­ya­nın üzə­ri­nə tö­kə­rək, onu sə­riş­tə­siz dip­lo­ma­ti­ya sür­dür­mək­də it­ti­ham edir. Di­lə gə­lən dip­lo­mat­lar “biz heç nə edə bil­mə­dik” ki­mi pes­si­mist eti­raf­lar­la əs­lin­də bü­tün Er­mə­nis­ta­nın ça­rə­siz­li­yi­ni bü­ru­zə ver­di­lər. Azər­bay­ca­nın ya­şa­dı­ğı “Lap­şin tən­tə­nə­si”nin qar­şı­sın­da Er­mə­nis­ta­nın “Lap­şin ma­tə­mi” tə­sa­dü­fi de­yil. Er­mə­ni­lər bu mə­sə­lə­də uza­ğı yax­şı gö­rür­lər. “Küp­lə­ri sü­züb”. Ba­şa dü­şür­lər ki, bun­dan son­ra əc­nə­bi­lə­ri al­da­dıb və ya şir­nik­lən­di­rib Qa­ra­ba­ğa gə­tir­mək asan ol­ma­ya­caq. Bu­nun­la həm də on­la­rın mil­yon­lar gə­ti­rə­cə­yi­nə ümid et­dik­lə­ri Qa­ra­ba­ğı tu­rizm mə­ka­nı­na çe­vir­mək plan­la­rı da “su­ya düş­dü”. Qon­dar­ma “DQR”ə gə­lən­lə­rin sa­yı sü­rət­lə aza­la­caq, gəl­mək is­tə­yən­lər isə Lap­şi­nin acı ta­le­yi­ni ya­şa­ma­maq üçün Azər­bay­ca­nın qa­nun­la­rı­na uy­ğun­laş­ma­ğın va­cib ol­du­ğu­nun fər­qi­nə va­ra­caq­lar. Əs­lin­də Azər­bay­can Lap­şi­nin ekstra­di­si­ya­sı ilə Dağ­lıq Qa­ra­ba­ğa qa­nun­suz sə­fər hə­vəs­kar­la­rı­nın yo­lu­nu bağ­la­yır… Axı gör­dü­lər ki, Lap­şin ki­mi Qa­ra­ba­ğa qa­nun­suz ge­dən­lə­rin ana­sı sö­zün hə­qi­qi mə­na­sın­da son­da ağ­lar qa­lır…
Ay­dın QU­Lİ­YEV

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın