Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Lalə Məmmədova tənhalıqdan gileyləndi: “…göz yaşlarını özü silər”

Lalə Məmmədova tənhalıqdan gileyləndi: “…göz yaşlarını özü silər”

Əməkdar artist Lalə Məmmədova tənhalıqdan, diqqətsizlikdən gileylənib. Xeberdar.net-in məlumatına görə, ifaçı bu barədə sosial şəbəkədəki səhifəsində yazıb:

“Qadınla maraqlanmadığınız zaman məntiqli bir açıqlama gözləyər. Heç \”Başını yalanlarla aldatdım\” deyə, düşünməyin. Qadın yalanlarınızı da hiss edər. Siz min cür bəhanələrlə gəlsəniz də, qadın onsuz gerçəyi bildiyi üçün təbəssüm edər və yenə keçər. Çox sevdiyi üçün aylarla, illərlə səbr edib dözər. Qəlbində qopan fırtınanı yalnız özü dinlər, axan göz yaşlarını da elə özü silər. Amma qadın elə bir nöqtəyə gələr ki, heç bitməyəcək sevgisini də, sizə verdiyi illərini də, tükənmək bilməyən səbrini də heç gözləmədiyiniz bir anda yox edər. Başa düşdün?

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …

Bir cavab yazın