Çərşənbə axşamı , Sentyabr 22 2020
Ana səhifə / Aktual / Lalə Şövkət xəstəxanadan evə buraxıldı – Oğlundan açıqlama

Lalə Şövkət xəstəxanadan evə buraxıldı – Oğlundan açıqlama

Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət xəstəxanadan evə buraxılıb. 

Bu barədə Lalə Şövkətin oğlu Sidqi Şövkət bildirib.

S. Şövkətin sözlərinə görə, hazırda Lalə Şövkət evdədir və vəziyyəti yaxşılaşmağa doğru gedir: “Bir gün əvvəl Lalə xanımı xəstəxanadan evə buraxıblar. Vəziyyəti protokola uyğundur. Həkimlər onun səhhətini nəzarət altında saxlayırlar”.

Qeyd edək ki, yoğun bağırsağında olan şişdən əziyyət çəkən Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət avqustun 22-də cərrahiyyə əməliyyatı olunub/APA.

Həmçinin oxuyun

Azərbaycanda bir neçə bankla bağlı sərt addımlar atılacaq – Təfərrüat

Azərbaycan banklarının bir neçəsinin ciddi problemləri var. Bununla bağlı yayılan məlumata görə, yaxın vaxtlarda bir …