Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Aktual / Laçının polis rəsisinin fəaliyyətinə verilən qiymət…

Laçının polis rəsisinin fəaliyyətinə verilən qiymət…

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə və müvəffəqiyyətlə davam etdirilən liberallaşdırma, demokratikləşdirmə kursunun və köklü demokratik islahatlar strategiyasının, tərəqqi konsepsiyasının məntiqi nəticəsi olaraq ölkəmiz keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuş, davamlı ictimai-siyasi sabitlik sayəsində Azərbaycanın iqtisadi qüdrəti durmadan artmış, əhalinin maddi rifahı xeyli yaxşılaşmış, bir sözlə, cəmiyyət həyatının bütün sahələrində hissediləcək nailiyyətlər qazanılmışdır.

Картинки по запросу heyder eliyev

Fakttv.com-un  məlumatına görə,Polkovnik keçirilən tədbirlərdə dəfələrlə bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan polisi bu gün də insanların təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanır, cinayətkarlığa qarşı barışmaz mübarizə aparır. O, həmçinini qeyd edib ki, daxili işlər orqanları Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ölkəmizin davamlı inkişafı naminə həyata keçirdiyi mühüm tədbirlərə, vətəndaşlarımızın təhlükəsiz həyatının, asayişinin qorunması işinə bundan sonra da layiqli töhfələr verəcək.

Daxili İşlər Naziri cənab General Vilayət Eyvazov keçirilən içlaslarda cənab Prezidentin ölkədə asayişin və təhlükəsizliyin təmin edilməsi sahəsində görülən işləri və əldə edilmiş nəticələri yüksək qiymətləndirdiyini xüsusi qeyd edib, qazanılan uğurlarla bərabər, əməliyyat-xidməti fəaliyyətdə bəzi nöqsan və çatışmazlıqların mövcudluğunu da xatırladaraq onların həlli yollarını göstərib, bu istiqamətdə tapşırıq və tövsiyələrini verib.

Qarşıya qoyulmuş mühüm vəzifələrdən söz açan Daxili İşlər Naziri cənab General Vilayət Eyvazov  polisin qanunla müəyyən edilmiş vəzifələrinin hər bir struktur qurumda operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçirməsinin, əməkdaşların etik davranış qaydalarına ciddi əməl etmələrinin,
bu işə nəzarətin gücləndirilməsinin zərurliyini və müvafiq istiqamətlərdə fəaliyyətin sistemli şəkildə davam etdirilməsini tələb edib.Polisin insanların güvənc yerinə çevrilməsi, bütövlükdə cəmiyyətdə polisin nüfuzunun daha da yüksəldilməsi yönümündə fəaliyyət sistemli şəkildə davam etdirilməlidir.

Картинки по запросу vilayet eyvazov

Polkovnik Adil Əsədov Laçın rayonuna rəis təyin olunduğu gündən  rayonda əhali ilə sıx əlaqədə olaraq vətəndaşları qəbul edib, problemlərini dinləyib və çətinliklərin aradan qaldırılması istiqamətində müvafiq göstərişlərini vermişdir.Həmçinin, cinayətkarlığa qarşı mübarizədə əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsinin, asayişin və təhlükəsizliyin daha etibarlı qorunmasının, orqan və hissələrdə qanunçuluğun möhkəmləndirilməsinin,bu mühüm istiqamətlərdə işlər görmüşdü.Bununla da rayon polis şöbəsinin rəisi əhalinin rəğbətini qazanmışdır.

Qeyd edək ki,Polis Polkovniki Adil Əsədov, ölkə başçısı cənab İlham Əliyevə və Daxili İşlər Naziri General Polkovnik Vilayət Eyvazova olan sədaqəti ilə yanaşı həm də insanlara sevgi ilə yanaşıb bir mərd Azərbaycan oğlu kimi vətəninə millətinə xeyirli bir vətəndaş, həm də bir hüquq mühafizə orqanı əməkdaşı kimi xidmət edir.

Laçın rayonu orta məktəblərində yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə  Laçın  rayon polis şöbəsinin rəisi Polkovnik Adil Əsədov “Narkomaniyaya yox deyək” mövzusunda tədbirlər keçirdərək,ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayır.Gənclər xalqımızın gələcəyidir və onların əsl azərbaycanlı kimi yetişməsi, tərbiyə olunması gənclərlə işləyən qurumların vəzifə, eyni zamanda, vətəndaşlıq borcudur. Gənclərin milli və müasir ruhda tərbiyəsi qarşıda duran ən başlıca məsələlərdəndir.Narkomaniyanın cəmiyyətimizə, dövlətimizə və ümumilikdə, bəşəriyyətə fəsadlar vurduğunu bildirərək, belə maarifləndirmə tədbirlərinin zəruriliyini və əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırdığına görədir ki,bu gün Laçın gəncləri belə pis vərdişlərdən uzaqdırlar.

Həmçinin oxuyun

Təmkinli Əliyev, özgüvənsiz Paşinyan… – Kimin əlləri daha etibarlı görünür?

İngiltərəli təlimçi və bədən dili mütəxəssisi Martin Nyuman Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri …