Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Aktual / Laçında nə baş verir?

Laçında nə baş verir?

Ermənistan tərəfinin iddiasına görə, Laçın şəhəri, Zabux və Sus kəndlərinin təhvil-təslim müddəti avqustun 25-dən sentyabrın 1-dək uzadılıb. Ona görə də Risiya sülhməramlıları hələ ki “Laçın dəhlizi”ni tam tərk etməyiblər. Baxmayaraq ki, sülhməramlıların oradakı bəzi postları artıq sökülüb.

Bu barədə “Hraparak” qəzeti Ermənistan hökumətindəki mənbəyə istinadən yazıb.

Bildirilir ki, Rusiya hərbçiləri “Laçın dəhlizi”ndə öz funksiyalarını yerinə yetirməkdə davam edirlər.

“Laçın şəhəri tam olaraq bir neçə gündən sonra azərbaycanlıların nəzarətində olacaq”,-deyə məlumatda bildirilir.

Bu onunla izah olunur ki, Laçın şəhərindən yan keçən yeni Xankəndi-Gorus yolunun Ermənistana düşən hissəsində hazırda hərəkət etmək mümkün deyil. Alternativ yolun 10 km-lik həmin hissəsinin müvəqqəti istifadəyə hazır olması bir həftə sürəcək. 

Xankəndini Ermənistanla birləşdirən yeni avtomobil yolunun Azərbaycn tərəfinə düşən 22 km-lik hissəsinə gəldikdə, o hazırda hər iki istiqamətdə hərəkətə açıqdır.

Bu yol istifadəyə veriləndən sonra orada sərbəst və təhlükəsiz gediş-gəlişi Rusiya sülhməramlıları təmin edəcək.

Laçın şəhəri, Zabux və Sus kəndlərinin təhvil-təslim müddətinin uzadıldığına dair Azərbaycan tərəfindən rəsmi açıqlama yoxdur. Yalnız Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dünən jurnalistlərə deyib ki, Laçın şəhərinə daxil olmadan yeni alternativ yoldan istifadə yaxın 1 həftə ərzində mümkün olacaq.

Xatırladaq ki, Qarabağdakı ermənilər indiyə kimi Ermənistanla Laçın şəhərindən keçən “dəhliz” vasitəsilə əlaqə saxlayırdılar. Bu səbbədən də “Laçın dəhlizi” Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində idi. “Laçın dəhlizi” boyunca yerləşən Laçın şəhəri, Zabux və Sus kəndlərində ermənilər qanunsuz məskunlaşma həyata keçirmişdilər.  

“Laçın dəhlizi” 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, tezliklə Azərbaycan tərəfinin nəzarətinə keçib. Nəticədə Laçın şəhəri, Zabux və Sus kəndlərində məskunlaşan ermənilər həmin yerləri tərk etmək məcburiyyətində qalıblar.

Qeyd edək ki, avqustun 31-də Avropa Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyilə Brüsseldə Azərbaycan və Ermənistan liderləri İlham Əliyevlə Nikol Paşinyanın növbəti görüşü keçiriləcək./Modern.az

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …