Bazar ertəsi , Yanvar 30 2023
Ana səhifə / Aktual / LAÇIN YOLUNDAKI AKSİYANIN 9-CÜ GÜNÜ: sülhməramlılar mövqeyini geri çəkib, etirazçılar isə gecəboyu şüar səsləndirir

LAÇIN YOLUNDAKI AKSİYANIN 9-CÜ GÜNÜ: sülhməramlılar mövqeyini geri çəkib, etirazçılar isə gecəboyu şüar səsləndirir

Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə (BQXK) məxsus maşınlar və təcili yardım avtomobilinin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.

Azinforum.az xəbər verir ki, BQXK-in 4 maşını Laçından Xankəndi istiqamətində maneəsiz şəkildə hərəkət ediblər.

***

Dekabrın 19-dan etibarən Şuşa şəhərindən keçən Xankəndi-Laçın yolundakı əraziyə cəlb edilmiş Rusiya sülhməramlıları dünənə qədər durduqları mövqedən geri çəkiilib.

Mia.az xəbər verir ki, buna rəğmən, azərbaycanlı etirazçılar bir addım da irəli getməyərək, aksiyanln dinc xarakter olduğunu nümayiş etdirməklə yanaşı, 9 gün əvəvl dayandıqları yerdən tələblərini səsləndirirlər.

***

Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası doqquz gündür davam edir.

Azinforum.az xəbər verir ki, dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib.

Hazırda hava şəraitinin soyuq olmasına baxmayaraq, fasiləsiz dinc aksiya iştirakçıları Azərbaycan Dövlət Himni oxuyur, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə son!”, “Stop ekoterror!” şüarlarını səsləndirirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

img

Həmçinin oxuyun

Füzuli Təhsil şöbəsində nələr baş verir..? – Sən saydığını say, gör, Ramella Məmmədova nə sayır..?

Ramella Məmmədova hər yerinə əl gəzdirib, təzələyib, bircə atasının adını və diplomunu  dəyişə bilmir.. Təhsilimizin …