Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Aktual / “Laçın da işğaldan qurtulsun, mən artıq papağı başıma kişi kimi qoya bilərəm…”

“Laçın da işğaldan qurtulsun, mən artıq papağı başıma kişi kimi qoya bilərəm…”

1990-cı il Qanlı 20 Yanvar hadisəsi zamanı şəhid olan İlham Allahverdiyevin (İlham və Fərizə) qardaşı Elxan Allahverdiyev torpaqlarımızın işğaldan azad olunmasına çox sevindiyini bildirib. Şəhid qardaşı Moderator.az-a açıqlamasında bunları deyib:
“Dekabrın 1-ni gözləyirəm, Laçın da işğaldan qurtulsun, Allahın köməkliyi ilə Şəhidlər Xiyabanına çox məğrurcasına girib İlham və Fərizəni o cümlədən bütün şəhidlərimizi təbrik edəcəm. Deyəcəm ki, qardaş, axır ki, Ali Baş Komandanın sayəsində torpaqlarımız işğaldan azad edildi, ruhunuz şad olsun. Bundan sonra Allah canımı da alsa, yaşatsa da özü bilən məsləhətdir. Mən artıq papağı başıma kişi kimi qoya bilərəm. Şəhidlər Xiyabanında İlhamla dərdləşəcəm, amma təəssüf ki, onun səsini eşitməyəcəm. Əlbəttə, çox böyük işdir. Əsrlər boyu itirə-itirə gəldiyimiz torpaqları ilk dəfəydi ki, geri qaytardıq. Millət olaraq onurumuz sınmışdı, indi o hamıda bərpa olub. Bundan gözəl şey ola bilməz.  Mən Kəlbəcəri görməmişəm, indi Allah ömür versə, gedib o yerləri görəcəm. Gənclik illərimdə Şuşada çox olmuşam. Yayda ora istirahədə gedirdik. O yerləri elə gözəl xatırlayıram ki, ürəyim ağrıyır. Deyirəm ki, ay Allah, o yerləri bir də görüm, sonra məni öldür. Dünyanın 30-dan çox ölkəsində olmuşam, amma Kəlbəcərin şəkilini görəndə deyirdim ki, ay Allah, bura Azərbaycandır? Görün biz nələrin qədrini bilməmişik. Qarabağın qaytarılması ən böyük milli birlik oldu”. 

Həmçinin oxuyun

Bakı Sağlamlıq Mərkəzində milyonlar necə xərclənir? – Asiman Həsənovun müəmmalı tenderləri…

Fevral ayının 21-də Bakı Sağlamlıq Mərkəzinə 2 dişinə plomb qoyulması üçün müraciət edən Xədicə Babazədinin …