Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / Lənkəranın icra başçısı 20 yanvar şəhidlərinin ailə üzvləri ilə görüşüb –FOTOLAR

Lənkəranın icra başçısı 20 yanvar şəhidlərinin ailə üzvləri ilə görüşüb –FOTOLAR

Müasir Azərbaycan tarixinin silinməz qan yaddaşı olan 20 Yanvar faciəsinin 28-ci ildönümü Lənkəranda silsilə tədbirlərlə anılıb.

Bu münasibətlə   Lənkəran Şəhər İcra Hakimiyyətində  20 Yanvar şəhidlərinin ailə üzvləri və  həmin hadisələr zamanı sağlamlığını itirmiş əlillərlə  görüş keçirilib. Görüş  iştirakçıları Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş azadlıq mücahidlərinin xatirəsini  bir dəqiqəlik sükutla yad ediblər.

Lənkəran Şəhər İcra hakimiyyətinin  başçısı Taleh Qaraşov  20 Yanvar hadisələrini  milli azadlıq hərakatının zirvəsi adlandırıb, bu hadisələr zamanı şəhid olmuş insanların qəhrəmanlığının heç vaxt unudulmayacağını,xalqın yaddaşında əbədi yaşayacağını deyib. İcra başçısı ölkədə,o cümlədən Lənkəranda şəhid ailələrinə göstərilən qayğı və diqqətdən danışıb və bu xəttin davamlı olacağını deyib.

20 Yanvar  şəhidlərinin  ailə üzvləri və əlillər tədbirdə çıxış edərək  onlara göstərilən dövlət qayğısına  görə cənab Prezidentə, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.  Şəhidlərin il mərasimlərinin keçirilməsindən ötrü onların ailələrinə rayon icra hakimiyyəti  tərəfindən  müvafiq yardımlar olunub.

Xatırladaq ki,1990-cı ilin yanvarında Lənkəran 11 oğlunu şəhid verib.

Həmçinin oxuyun

Azərbaycanda universitet prorektoru kazinoda külli miqdarda pul uduzub? – AÇIQLAMA

Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynovun oğlu Günhan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzması …