Şənbə , Aprel 20 2024
Ana səhifə / Aktual / Lələtəpə döyüşçüsü xərçəng xəstəliyindən dünyasını dəyişdi

Lələtəpə döyüşçüsü xərçəng xəstəliyindən dünyasını dəyişdi

Lələtəpə döyüşünün iştirakçısı, Beyləqan rayon sakini, hazırda Beyləqan Hərbi Birləşməsininin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi qulluqçusu Aslanov Azər Əbülfət oğlu dünyasını dəyişib.

Bu haqda mərhumun yaxın qohumu Tural Aslanlı məlumat verib.

Onun dediyinə görə, Azər uzun müddət idi ki, ağır xəstəlikdən əziyyət çəkirdi: “Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasında Azərdən götürülən qan analizində linfa xərçəngi aşkarlandı və müalicə olunmaq üçün Milli Onkologiya Mərkəzinə göndərildi. Ağ ciyərinin yaxınlığında yerləşən linfada xərçəng xəstəliyi var idi. Nə qədər çalışsaq da, onu həyatda saxlaya bilmədik”.

O həkimlərin məsuliyyətsizliyi və səhlənkarlığı haqda da danışıb: “Qan institunun həkimlərinin bu qədər cəllad, soyuqqanlı olduğunu bilmirdim. İnsanliq onlar üçün bitib. Həkimlər soyuqqanlıqla Azərin valideyinlərinə deyirlər ki, xəstəxanada səs-küy salmayın, onsuz da gec-tez gedəcəydi. Bu dövlət üçün canından keçməyə hazır olan birinə qarşı bu qədər alçaqcasına soyuqqanlı yanaşmağı ancaq düşmən edər”.

Qeyd edək ki, mərhumun 2 övladı var.

azxeber.com

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …