Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Aktual / Lənkəranda çəkilən foto ilə bağlı – DİN-dən açıqlama

Lənkəranda çəkilən foto ilə bağlı – DİN-dən açıqlama

Xəbər verdiyimiz kimi, bu gün Lənkəran şəhərində “Kapital Bank”ın bankomatının qarşısında pensiya almağa gələn sakinlər sıxlıq yaradaraq karantin qaydalarını ciddi şəkildə pozublar. Bunu əks etdirən görüntülər sosial şəbəkədə paylaşılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev “Qafqazinfo”ya açıqlamasında  bildirib ki, sözügedən ərazidə xüsusi karantin rejimi qaydalarının tətbiqi ilə əlaqədar əvvəlcədən polis naryadı olub. Lakin pensiya ödənişləri və müraciətlərlə əlaqədar “Kapital Bank”ın binasının qarşısında insanların sıxlığı yarandığından həmin əraziyə əlavə qüvvələr cəlb edilib və sakinlərin hərəkəti sosial izolyasiya tədbirlərinin tələblərinə uyğun tənzimlənib. 

“Ani olaraq yaranmış vəziyyəti ümumi mənzərə kimi təqdim etmək obyektivlikdən kənardır. Rayon ərazisində xüsusi karantin rejiminin tələblərinin icrası ilə bağlı tədbirlər davam etdirilir”, – deyə o qeyd edib.

Həmçinin oxuyun

Əsgərlərimiz Ermənistan bayrağını erməninin özünə endirtdirdilər – VİDEO

Azərbaycan və Ermənistanın Kəlbəcər rayonu ərazisindən keçən dövlət sərhədlərinin demarkasiyası zamanı maraqlı hadisə baş verib. …