Çərşənbə , Sentyabr 18 2019
Ana səhifə / Aktual / Lənkəran universitetində hava çatışmazlığı: yeddi tələbə qız xəstəxanalıq oldu

Lənkəran universitetində hava çatışmazlığı: yeddi tələbə qız xəstəxanalıq oldu

Lənkəran Dövlət Universitetində yeddi tələbə qız halı pisləşdiyi üçün xəstəxanaya yerləşdirilib.
Lənkəran Dövlət Universitetinin qiyabi təhsil alan tələbələri – 21 yaşlı  Şabran sakini Ədilə Samir qızı Cəlilova, onun həmyaşıdı Bərdə sakini Ülviyyə Mübariz qızı Ağazadə, 20 yaşlı İmişli sakini Qumral Cahangir qızı Əzizzadə, 20 yaşlı Cəlilabad sakini Aygün Füzuli qızı İbrahimova, 19 yaşlı Biləsuvar sakini Ləman Səfər qızı Rzazadə və 21 yaşlı Yardımlı sakini Ulduz Elçin qızı Kərimli təcili tibbi yardım və müəllimlərin maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. 
Bakı sakini 1997-ci il təvəllüdlü İlahə Namiq qızı Nəzərova isə evə getdikdən sonra halı pisləşib və xəstəxanaya müraciət edib. Tələbələrdən biri Reanimasiya Şöbəsinə yerləşdirilib. Digərlərinin isə vəziyyəti normaldır.
Hadisə sessiya zamanı baş verib. Ehtimala görə, otaq şəraitində yaranan hava çatışmazlığı nəticəsində tələbələrin halı pisləşib.
Hazırda hadisənin dəqiq səbəbləri araşdırılır.(oxu.az)

Həmçinin oxuyun

“Ekologiya postu”na yeni rəis təyin edildi – Vilayət Eyvazov tağım komandirinə yüksək vəzifə verdi

Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub.Azinforum.az “Report”a istinadla xəbər verir ki, polis mayoru Mərdan Mehdiyev Baş Dövlət …