Bazar ertəsi , Sentyabr 23 2019
Ana səhifə / Aktual / Lənkəran Dövlət Universitetində AXC-nin yubleyinə həsr olunan konfrans keçirilib –FOTO

Lənkəran Dövlət Universitetində AXC-nin yubleyinə həsr olunan konfrans keçirilib –FOTO

Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illk yubileyinə həsr olunmuş yubley konfransı keçirilib.

Tədbiri universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb və ilk öncə iştirakçılara bayram arzularını çatdırıb. Azərbaycanın çətin və keşməkeşli dövlətçilik tarixindən, bu yolda xalqımızın üzləşdiyi çətinliklərdən söz açan universitet rəsmisi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını millətin öz azadlığı uğrunda apardığı gərgin və şərəfli mübarizənin uğurlu nəticəsi, müstəqilliyimizin ilk xoş bəhrəsi kimi dəyərləndirib, 1991-ci ildə müstəqilliyin bərpasına nail olarkən müasir Azərbaycan Respublikasının Xalq Cümhuriyyətinin üçrəngli bayrağını, gerbini, himnini qəbul etməsini qədim dövlətçilk ənələrinə sadiqliyinin göstəricisi adlandırıb. Professor Natiq İbrahimov çıxışında bu günkü ağrılı tarixə-Laçın rayonunun işğalı məsələsinə də toxunub, işğal altında olan torpaqlarımızın erməni tapdağından tezliklə azad olunacağını bildirib.

Konfransda Lənkəran Dövlət Universitetinin dosentləri-Əliağa Baxşıyevin, Kamal Mahmudovun, Gülbəniz Əliyevanın , Mirhüseyn Abbasın, doktorant Nurlana Məliklinin Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi qısa müddət ərzində yürütdüyü daxili və xarici , sosial-iqtisadi, hüquqi siyasətin əsas məqamlarından bəhs edən mövzularda məruzələri dinlənilib.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə yekunlaşıb.

Həmçinin oxuyun

Vurğun Əyyubun vəziyyəti kəskin pisləşdi – KOMADADIR

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk sədri, üzun illər Müsavat Partiyasının aparıcı şəxslərindən biri olan …