Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Aktual / Kürü qalmaqalında ittiham olunan səfirin yerinə – Təyinat

Kürü qalmaqalında ittiham olunan səfirin yerinə – Təyinat

Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) yeni səfir təyin edib.

” Azinforum.az ” 1news.az-a istinadən xəbər verir ki, yeni səfir Mahir Əliyev etimadnaməsini bu ölkənin Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin baş katibi Əhməd Sari Əl Mazroueyə təqdim edib.

BƏƏ-li rəsmi səfirə fəaliyyətində uğurlar arzu edib.

Qeyd edək ki, bir müddət əvvəl BƏƏ-dəki sabiq səfir Daşqın Şikarovla bağlı mediada ciddi ittiham yer almışdı. Bildirilirdi ki, diplomat Azərbaycan hökumətinin Əbu Dabi hökmdarı Xəlif ibn Zayed əl-Nahayan üçün nəzərdə tutulmuş kürü hədiyyəsini mənimsəyib. 

Hazırda XİN-in rəsmi saytında Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinə səfiri kimi nə Mahir Əliyevin, nə də Daşqın Şikarovun adı qeyd edilib.

Daşqın Şikarov

Həmçinin oxuyun

Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR

Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …