Kürdəmir sakini şikayət etdiyinə görə
danlandığını deyir. DİA.AZ xatırladır ki, Kürdəmirdə yaşayan çoxuşaqlı
ana Zülfiyyə Məmmədovanın problemləri haqda şikayət dolu materialı biz
də təqdim etmişdik. Həmin məqalənin yayılmasından sonra Kürdəmir Rayon
İcra Hakimiyyətindən zəng vuraraq, Zülfiyyə Məmmədovanı görüşə dəvət
ediblər.
Zülfiyyənin
dediyinə görə, anası ilə onu icra başçısının birinci müavini Tacəddin
Novruzov qəbul edib. Söhbət istədikləri kimi alınmayıb. İcra başçısının
müavini çoxuşaqlı ailənin problemlərinə biganə olduqlarını göstərib.
“Mənə
dedi ki, uşaqları saxlaya bilmirsənsə, sənədləri hazırla, internata
verək. Dedim, siz öz uşaqlarınızı verərsiniz? Cavab verdi ki, mən
kişiyəm”, – Zülfiyyə Məmmədova söyləyib.
Zülfiyyə
Məmmədova deyib ki, icra hakimiyyətinə böyük ümidlərlə gedib. Tacəddin
Novruzovla söhbətin əvvəlində də problemlərini dilə gətirib, ev tikmək
üçün torpaq sahəsinə ehtiyacı olduğunu bildirib:
“Amma
ta əvvəldən sərt danışdı. Soruşdu ki, niyə bizdən şikayət eləmisən? Mən
də şikayət eləmədiyimi, problemlərimdən danışdığımı dedim. Bizimlə o
qədər pis davrandılar ki, anam müavinin kabinetindən ağlaya-ağlaya
çıxdı”.
Ana səhifə / Aktual / Kürdəmirdə başçının müavini rəsmən qoçuluq edir… – “…anam müavinin kabinetindən ağlaya-ağlaya çıxdı”
Həmçinin oxuyun
Şəhid Nurəddin Mirzəzadə yad edildi – FOTOLAR
Bu gün sıravi əsgər şəhid Nurəddin Mirzəzadənin anadan olmasından bir il ötür. Mirzəzadə Nürəddin Burhan …