Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Aktual / Kürdəxanı Bələdiyyəsinin sədri cərimələnib

Kürdəxanı Bələdiyyəsinin sədri cərimələnib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Sabunçu rayonu Kürdəxanı gölünün ətrafına məişət tullantılarının atılması ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirliyin Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, sözügedən əraziyə keçirilən baxış zamanı məişət tullantılarının mövcud qanunvericiliyə uyğun idarə olunmadığı, qeyri-mütəşəkkil qalaqlandığı faktı təsdiqini tapıb.

Faktla bağlı əraziyə cavabdeh Kürdəxanı Bələdiyyə sədri Pərviz Dadaşov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 4000 manat məbləğində cərimə olunub.

Tullantıların ərazidən təmizlənməsi məqsədilə bələdiyyə sədrinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib. ETSN-nin əməkdaşlarının nəzarəti ilə ərazi tullantılardan təmizlənib.

Həmçinin oxuyun

İşğaldan azad edilmiş şəhər və kəndlərimiz SİYAHI

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində oktyabrın 22-dək 3 şəhər, 3 qəsəbə və 133 kənd işğaldan azad …