Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Aktual / Kür çayından okean balığı tutuldu

Kür çayından okean balığı tutuldu

Aprelin 9-da Kür çayının Neftçala rayonu ərazisindən keçən hissəsində sakinlər tərəfindən Uqor adlı okean balığı tutulub.

“Report” xəbər verir ki, uzunluğu 1 metr, çəkisi 2 kiloqramdan artıq olan balığın Kür çayında görünməsi nadir hadisədir.

Ehtimal olunur ki, ölkəmizə məxsus gəmilər okean və dənizlərdə üzərkən Uqor balığı onların gövdəsinə yapışıb. Sonra həmin balıq gəmi vasitəsi ilə Xəzər dənizinə, oradan isə Kür çayına keçib. Çünki Kür çayında ilanbalığına oxşar belə balığa nadir hallarda, yəni 30-40 ildən bir rast gəlinir.

2008-ci ildə adı Qırmızı kitaba düşən Uqor balığı aprelin 10-da səhər saatlarında yenidən çaya buraxılıb.

Qeyd edək ki, çəkisi 2 kiloqramdan-12 kiloqrama qədər olan Uqor balığı ilanbalığı kimi çox sürüşkən, həm də yağlı olur. Məlumata görə, cəmi 9-12 il yaşayan balıq ildə suya 1 milyona yaxın kürü buraxır. Əti bir çox xəstəliklərin müalicəsində, xüsusilə görmə qabiliyyəti zəif olan insanlar üçün olduqca faydalıdır.

Həmçinin oxuyun

“Rusiya Azərbaycan vasitəsilə Paşinyanı cəzalandırmaq niyyətindədir”

Siyasi Menecment İnstitutunun direktoru Azər Qasımlı Meydan TV-yə deyir ki, Rusiya sülhməramlılarının Azərbaycanı vaxtından əvvəl …