Cümə , Aprel 19 2024
Ana səhifə / Aktual / Körpə diri-diri yandı – Azərbaycanda dəhşət + Video

Körpə diri-diri yandı – Azərbaycanda dəhşət + Video

Cəlilabad rayonunda yaşayış evində baş verən yanğında azyaşlı uşaq yanaraq ölüb.

“ Azinforum.az ” ın “Report”a istinadən xəbərinə görə, hadisə rayonun Əliqasımlı kəndində Nurəddin Abiyevə məxsus fərdi yaşayış evində baş verib. Ümumi sahəsi 108 kv metr olan bir mətbəx, iki otaqdan ibarət evin otaqlarından birində başlayan yanğın qısa müddətdə genişlənməyə başlayıb. Yanğın zamanı otaqda yatmış yaşyarımlıq Xəzər Abiyev yanaraq faciəvi şəkildə dünyasını dəyişib.

Hadisə yerinə gələn yanğınsöndürənlər alovun digər otaqlara keçməsinin qarşısını ala biliblər. Lakin evin 20 kv metr sahəsi içindəki əşyalarla birlikdə yanaraq yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

 

Həmçinin oxuyun

Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir – VİDEO

İşğaldan azad edilmiş ərazilərdə daha bir mühüm strateji obyekt tam Azərbaycanın nəzarətinə keçəcək. Bunu açıqlamasında …

Bir cavab yazın